Bədəndəki göyərtilərdən necə xilas olaq? – 5 QAYDA

  • 2019.07.01 13:59
  • 12757 Baxış
Bədəndəki göyərtilərdən necə xilas olaq?  – 5 QAYDA

Bədəndə göyərmə hər hansı zərbə nəticəsində meydana gəlir. Bu yaralar fərqli rəng tonlarında ola bilir. Dərinin altında qalan qan göyərərək müxtəlif rənglərə çevrilir. Bəs bu estetik cəhətdən xoş olmayan vəziyyətdən necə xilas olaq?

 

 Medicina.az göyərmələrdən xilas olmağın təbii üsullarını təqdim edir.

 

 

GÜN İŞIĞI VƏ MASAJ

 

 
Günəş işığı bədəndə zərbələrin nəticəsində yaranan göylüklərin ən yaxşı  müalicəsidir. Belə ki, ultrabənövşəyi şüalar göyərməyə səbəb olan maddəni parçalayır, geriyə sadəcə sarımtıl rəng qalır. Bundan başqa həmin nahiyəyə asta-asta masaj etsəniz, köməyi dəyəcək.
SOYUQ QIRMIZI ƏT

 

 
Əlbəttə, bu həll yolunu filmlərdə və yaxud nənənlərimizdən eşitmiş və yaxud görmüş olarsınız. Gülməli görünsə də, təsirli üsuldur. Belə ki, zədələnmiş yerə həmən dəqiqə soyuq ət qoysanın, görəyməsinin qarışsını alır.
BUZ KUBİKLƏR

 

 
Göyərmiş yerlərin üzərinə buz tətbiq edərkən diqqətli olun. Buzu birbaşa dərinizin üzərinə qoymayın. Fayda əvəzinə tam əks reaksiya ilə nəticələnə bilir. Belə ki, dəridə aşınma və yanma hissi meydana gələ bilir. Əgər zədələnmiş yer açıq yaradırsa, əsla buzdan istifadə etməyin.

 

ALMA SİRKƏSİ

 

 
Alma sirkəsi qanın fəaliyyətini yaxşıladırır. Göylük yavaş-yavaş yox olacaq. Göyü azaltmaq üçün biraz alma sirkəsi ilə soyuq suyu qarışdırın. Daha sonra pambıq vasitəsi ilə isladıb travmalı yerə kompres qoyun.

 

DUZ VƏ LİMON

 

 
Hər hansı üstü bağlı yaraya tətbiq edilə bilir. Zədənin yanlarında yaranan  göyün sağalması üçün əlverişli üsuldur. Evdə rahatlıqla hazırlaya bilərsiniz. Bunun üçün təmiz bez götürün, üzərinə təzə sıxılmış limon suyu tökün və biraz duz sərpin. Daha sonra göy olan bölgəyə kompres edin. Yarım saat gözləyin. Bu vaxt intervalından sonra göyərmənin azaldığını müşahidə edəcəksiniz.