"Bəzən elə dərmanlar yazırlar ki, səhhətimiz irəli yox, geri gedir"- Aparıcı Rövşanədən həkimlərə irad

  • 06 May, 2019
  • 6128 Baxış
"İnsanlıq həkimdə vacibdir. Bəzən o qədər soyuqqanlı həkimlə qarşılaşırıq ki, bütün ümidimizi itiririk".

Medicina.az-ın məlumatına görə,  bu sözləri Rövşanə Ağasəfqızı bəzi həkimlərin qeyri-peşəkarlığından danışıb:

"Çox dəhşətdir. Həkimlərin xəstəyə insanlıqdan uzaq yanaşması narahatlıq yaradır. Belə həkimin yanına getməsinlər. Cavan həkimlər gedib xaricdə təcrübə keçirlər. "Diplom aldım, atdım, atam-anam işə düzəldəcək, pul qazanacam" deməyənlər də var. 

Bəzən elə dərmanlar yazırlar ki, səhhətimiz irəli yox, geri gedir. Gedib həkimin üstünə düşmürük, başqasına gedirik. Amma deməliyik ki, ay həkim, sənin yazdığın dərman mənim qaraciyərimə, böyrəyimə ziyan vurdu. Həkim çıxıb özünü reklam edəcək, pasientin də beli qırılacaq.

Göz həkimi var ki, əvvəl efirə çıxmaq üçün az qalırdı növbə gözləyirdilər. Bu gün qapısında 200-300 pasient dayanır, telefona cavab vermirlər. Başa düşə bilmirəm ki, bunlar biznesmendi, həkimdi, yoxsa ciblərini doldurmaq üçün çalışanlardı. Bir göz həkimi ilə belə bir hadisə başıma gəlib. Zaman var idi efirimdən düşmürdü".