Hər an yoluxa biləcəyiniz virus – 28 iyul Dünya Hepatitlə mübarizə günüdür

  • 2019.07.27 16:53
  • 9816 Baxış
Hər an yoluxa biləcəyiniz virus –  28 iyul Dünya Hepatitlə mübarizə günüdür
Hər il 28 iyul dünyada hepatitlə mübarizə günü kimi qeyd edilir.  Bu gün tibbdə ilk dəfə hepatit B virusunu kəşf etmiş, Nobel mükafatı laureate Barux Blumberqin doğum günü şərəfinə seçilib. 

 

Medicina.az xəbər verir ki, infeksion xəstəliklər qrupuna aid olan virus hepatitləri – A, B, C, D, E növlərində olmaqla, qaraciyərin kəskin və xroniki xəstəliyidir. 

Bu virus o qədər çox yayılır ki, hər il dünyada 1,5 milyon insanın ölümünə səbəb olur. 

Səssiz qatil adlandırılan hepatitlərin 2 növü daha ağır hesab edilir. B və C. 


Hazırda B hepatitin peyvəndi var, amma müalicəsi yoxdur. Hepatit C isə müalicəsi var, peyvəndi yoxdur.

Dünya Səhiyyə Təşkilatı bu günlə bağlı insanları hepatitlərə yoluxmamaq üçün bunlara diqqət yetirməyə çağırır:


-Profilaktik tədbirlər görmək, vaxtaşırı hepatitə görə skrininqlərdən keçmək, qanda hepatit analizi, hepatitn törədə biləcəyi yanaşı xəstəlikləri diqqətdə saxlamaq

-Hepatit B peyvəndinin əhatə dairəsinin genişləndirilməsi, immunlaşdırma proqramlarının təşkili

-Virus hepatitlərinin yoluxma yollarını minimuma endirmək

-

Hepatit barədə bunları bilməlisiz:



  • Hepatit bəzən özü sağalır, bu insanın immunitetindən, peyvənd olunmasından, qaraciyərinin vəziyyətindən asılıdır. 

  • Sağalmadıqda və müalicə olunmadıqda qaraciyərdə fibroz, sirroz və xərçəngə kimi gətirib çıxarır. 

  • Ən yüngül forması olan A və E hepatitləri çirkli su, zərərli və çirkli qida ilə keçir. 

  • B, C, D isə virusa yoluxmuş şəxslə parenteral kontaktdan keçir: xəstənin ağız suyu, qanı, xəstə şəxslə cinsi əlaqə və s. 



Hepatitlər bu yollarla yayılır:


-Qan köçürmə

-Narkomaniya

-Artıq virusa yoluxmuş tibbi ləvazimatlarla əməliyyat, invaziv müdaxilə, stomatoloji prosedurlar

-Mankur, pedikur, tatu

-Doğum zamanı anadan dölə

-Cinsi əlaqə zamanı sperma ilə


Əgər bir ailədə ata, ana, nənə, baba və s. hepatit xəstəsidirsə, o ailədəki uşaqlar təhlükə altında qismən də olsa olurlar.


-