Acqarına yerkökü yeyin! – Təsirini ən qısa zamanda göstərir

  • 2024.05.10 16:20
  • 814 Baxış
Acqarına yerkökü yeyin! –  Təsirini ən qısa zamanda göstərir
Ürək və bağırsaq xəstəliklərinin dərmanı yerköküdür.

Medicina.az xəbər verir ki, bunu aparılan son tədqiqatlar sübut edir.

Yerkökünü xüsusilə də səhərlər acqarına yeməyin orqanizm üçün çox faydalı olduğu bildirilir.

Qeyd edilir ki, yerkökü çoxlu beta-karotin, A və C vitamini, eləcə də kalium ehtiva edir. Bu tərəvəz, həmçinin liflə zəngindir.

Tədqiqatlar göstərir ki, səhər acqarına yerkökü yemək maddələr mübadiləsini stimullaşdırır, enerji səviyyələrini artırır və gün ərzində daha balanslı qidalanmağa təşviq edir.

Bildirilir ki, yerkökünün kalorisi az, həzmi asan olduğu üçün onu acqarına istehlak etmək ideal seçimdir.

Tərəvəzdəki A vitamini göz sağlamlığını qoruyur və immunitet sistemini gücləndirir.

Acqarına yerkökü yemək bağırsaqların nizamlı işləməsini dəstəkləyir. Bağırsaqlarda faydalı bakteriyaların sayını artırır.
Yerkökündəki lif həzmi tənzimləyir, həzm sağlamlığını yaxşılaşdırır və toxluq hissini artıraraq çəkini idarə etməyə kömək edir.

Tərkibində C vitamini olan yerkökü immunitet sistemini gücləndirir, orqanizmi xəstəliklərə qarşı davamlı edir və dəri sağlamlığını qoruyur.

Digər tərəfdən, yerkökü ürək sağlamlığını qoruyur.

Ağız qoxusundan əziyyət çəkənlər də acqarına yerkökü yeməlidirlər.


Aysel