40-50 yaşlılar üçün ən təsirli pəhriz – Stresi azaldır

  • 2024.04.15 16:24
  • 1222 Baxış
40-50 yaşlılar üçün ən təsirli pəhriz   –  Stresi azaldır


42 yaşdan sonra bədəndə stress səviyyəsi ağır nəticələrə səbəb olur. Ona görə ən çox stresə qarşı qidalanma seçmək lazımdır.


“Medicina” xəbər verir ki, alimlər bu yaş qrupu üçün ən ideal pəıhrizin Aralıq dənizi dietası olduğunu sübut edib.


Onlar 42-50 yaş arası 1656 kişi və qadının məlumatları analiz olunub.
Aralıq dənizi pəhrizinə yaxın qidalanan insanlar MTD şkalası ilə qiymətləndirilib.

Əgər insan təbii meyvə-tərəvəz çox yeyirsə, paxla, balıq və tam taxıl rasionunda çoxdursa, yüksək bal verilir.

Ən yüksək MTD göstəriciləri olan qadın və kişilər 41% daha çox stresə davamlıdır və güclü stresdən əziyyət çəkməyiblər.


Beləliklə, Aralıq dənizi dietası sağlam və stressiz qocalmağa və psixi sağlamlığa ən qısa yoldur. Hazırda Bebi bugerlər dövründə yaşlanan nəsil üçün belə pəhriz həyati vacibir.

Aygün Musayeva