Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər

  • 2024.05.10 16:42
  • 632 Baxış
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır  – Alimlər


Artıq çəkili, pis fiziki formada olanlar divanda uzanmağı unutmalıdır.


Televizor və kompüter qarşısında oturub saatlarla vaxt keçirmək bir çox insanlarda ağır xəstəliklər və erkən ölümlə nəticələnə bilər.


“Medicina” xəbər verir ki, bu barədə Britaniyanın Qlazqo universitetinin alimləri rəy verib.

Onlar 390 min insanın məlumatını analiz edib.

Əsas ölüm səviyyəsi, ürək-damar xəstəlikləri, fiziki forma, güc, xərçəng və xroniki xəstəliklər tezliyi nəzərə alınıb.

Eləcə də onların ekran qarşısında keçirdiyi vaxt, istirahəti, divanda nə qədər vaxt keçirməsi araşdırılıb.


Məlum olub ki, asudə vaxtı divanda çox keçirmək fiziki sağlamlığı və bədəni əvvəldən formada olmayan insanlar üçün ölümcüldür.

Divanda çox vaxt keçirmək ürək-damar, xərçəng riskini artırır. Amma əgər insan idmanla məşğul olursa, bədəni möhkəmdirsə, güc və iradəsi varsa, qaçışla məşğul olursa, divanda oturmaq ona zərər etməz.


Ona görə də əgər sonuncu kimi deyilsizsə, o zaman evdə divanı unudun və ya bu mebeli evdən yığışdırın.

Aygün Musayeva