50 uşaq eyni gündə sünnət edildi

  • 2024.05.09 15:00
  • 475 Baxış
50 uşaq eyni gündə sünnət edildi

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında xüsusi qrup əhali üçün sünnət aksiyası keçirilib.



"Medicina" xəbər verir ki, aksiyada şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları iştirak ediblər. Aksiyada 50 uşaq sünnət olunub.


Əməliyyat 1-10 yaş arasında olan uşaqlar üzərində aparılıb.

Daha sonra sünnət olunan uşaqların hər birinə Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən hədiyyələr təqdim olunub.

MEDİCİNA.AZ