Hormonal inyeksiyalar oynaqları sürətlə dağıda bilər – ALİMLƏR

  • 2019.10.18 17:07
  • 3683 Baxış
Hormonal inyeksiyalar oynaqları sürətlə dağıda bilər –  ALİMLƏR

Oynaqdaxili qığırdaq proseslərini düzəltmək və iltihabi xəstəliklərə qarşı edilən hormonal inyeksiyalar oynaqların dağılmasını əksinə sürətləndirə bilər.

Hazırda hidrokortizon artrit zamanı ağrıkəsici məqsədilə vurulan ən məşhur inyeksiyadır.


Medicina.az xəbər verir ki, bunu Boston Universitetinin həkimləri təsdiq edib. 

Belə iynələr idmançılar, sənətçilər, eləcə də yaşlı insanlara çox vurulur. 


Prepataratın əks-təsirləri barədə iç kağızında məlumat var, amma məsələ daha ciddi və təhlükəli imiş.


Belə ki, alimlər yeni təcrübələrində 37-79 yaş arası 459 pasiyenti müşahidə ediblər, hansı ki, onlar çanaq və diz oynaqlarına bu inyeksiyaları vurdurmuşdular. 36 nəfərdə bu iynələrdən sonra ağırlaşmalar baş verib. Bu 36 nəfərin 30-u bud-çanaq oynağına inyeksiya almışdı. İnyeksiyadan sonrakı 1 il ərzində 26 nəfərindən xəstəlik sürətlə proqress edib.


Araşdırmaçılar həkimləri bu iynələrdən imtina etməyə çağırır. Xüsusən idmançıları tez müddətdə idmana qaytarmaq üçün bu inyeksiyalar vacib olsa da, gələcəkdə onları əlilliyə daha sürətlə çatdırır.