Məşhur parfumeriya şəbəkəsi müştərilərə vaxtı keçmiş kremlər hədiyyə edir - FOTOLAR

  • 06 May, 2019
  • 4299 Baxış
Məşhur parfumeriya şəbəkəsi müştərilərə vaxtı keçmiş kremlər hədiyyə edir - FOTOLAR
Bakıda məşhur Sabina Perfumery Cosmetics şirkətlərinin mağazasında müştəriyə alış-veriş müqabilində hədiyyə verilən krem istifadə müddəti bitmiş çıxıb.

Medicina.az xəbər verir ki, müştəri bu barədə şikayətini sosial şəbəkələrdə yazıb. Belə ki, 5-ci gün Nizami küçəsindəki filialında alış-veriş edən xanıma hədiyyə olaraq üz kremi veriblər və kremi paketə qoyublar.

Müştəri bu aksiyadan sevinib, lakin onun sevinci uzun çəkməyib. Evdə kremin tarixinə baxdıqda onun istifadə vaxtının 2018-ci ilin iyul ayında bitdiyini görüb.
 
Müştəri kremi mağazaya qaytarıb, məsələni aydınlaşdıracağını, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət edəcəyini bildirib.