Mətbəxdə işlətdiyiniz plastik qaşıq və qarışdırıcılar təhlükəlidir – ARAŞDIRMA

  • 2019.11.09 18:18
  • 13096 Baxış
Mətbəxdə işlətdiyiniz plastik qaşıq və qarışdırıcılar təhlükəlidir  – ARAŞDIRMA
Hazırda əvvəllər taxta və metaldan, paslanmayan materialdan olan mətbəx üçün iri qaşıqlar, kəfkir, "lopatkalar”, tutacaqlar, çömçələri ilə indi  naməlum plastic material əvəz edib.


Alimlər onların sağlamlığa və qida təhlükəsizliyinə zərərli olduğunu bildirib.

Medicina.az xəbər verir ki,  Almaniya Federal İnstitutu dokladında poliamiddən hazırlanan qaşıqlar, tutacaqlar, qarışdırıcılar 60 dərəcə temperaturda qızan kimi oliqomer adlı kimyəvi zərərli maddə hasil edir. Bu da yeməklə orqanizmə düşərək toksiki təsir edir. 


İllərlə belə qaşıqlardan istifadə mədəaltı vəz, qalxanvari vəz problemləri və sonsuzluq yarada bilir. 

Yüksək dozada oliqomer maddəsinin 90 mikroqramı kifayətdir ki, insan səhhətinə zərər etsin. 


Təcrübə göstərir ki, bu mətbəx əşyaları isti yeməyə daxil olduqda və qızdıqda, bu rəqəmdən də yüksək dozada oliqomer buraxır.

Ona görə alimlər bu materialdan mətbəx əşyalarını almamağı məsləhət görür.

 

 

Mətbəxdə işlətdiyiniz plastik qaşıq və qarışdırıcılar təhlükəlidir  – ARAŞDIRMA