Səhiyyə sahəsinə 709 milyon 864,8 min manat xərclənib

  • 2019.05.20 10:40
  • 3514 Baxış
Səhiyyə sahəsinə 709 milyon 864,8 min manat xərclənib
Keçən il səhiyyə xərcləri üçün proqnozlaşdırılan vəsait 732 milyon 913,3 mi manat olsa da, bu sahəyə 709 milyon 864,8 min manat xərclənib. Medicina.az-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb. Beləliklə, səhiyyə xərcləri proqnozlaşdırılandan 23 milyon 48,5 min manat, yəni 3,1 faiz az olub. Bununla belə, 2017-ci illə müqayisədə 2018-ci ildə səhiyyə xərcləri 7 faiz çoxdur. Əgər 2017-ci ildə səhiyyə sahəsinin xərcləri 704 milyon 726,6 min manat olubsa, 2018-ci ildə bu sahənin xərcləri 5 milyon 138,2 min manat çox, yəni 709 milyon 864,8 milyon manat olub.