USM, DNT, antibiotiklər necə kəşf edilib?– Tibb tarixindən FAKTLAR

  • 2019.09.17 15:38
  • 4852 Baxış
USM, DNT, antibiotiklər necə kəşf edilib?–  Tibb tarixindən FAKTLAR
Bizə elə gəlir ki, insanlar elə həmişə UZİ-yə, rentgenə, MRT-ə gedib. İndi həyatımızı antibiotiklərsiz təsəvvür edə bilmərik. Belə ki, bu saydıqlarımız və digər  tibbi kəşflər artıq 20-ci əsrin ortalarında var idi. Həmin kəşflərdən sizin üçün maraqlı ola biləcəyini nəzərə alıb, medicina.az bəzilərinin tarixini təqdim edir:

 

1. 1922-ci ildən sonra şəkərli diabet artıq ölümcül xəstəlik sayılmadı. Belə ki, kanadalı alim heyvanların mədəaltı vəzindən götürülmüş hormonlardan insulin hazırlamağa nail oldu


 2. 1928-ci ildə ingilis alimi Aleksandr Fleminqin nə qədər qəribə səslənsə də, ehtiyatsızlığı sayəsində milyonlarla xəstə ölümdən xilas oldu. Sadəcə olaraq o, xəstəlik törədən mikrobların saxlanıldığı boruları yumağı unudur və evə qayıdarkən borularda kifin əmələ gəldiyini görür. Beləliklə, 12 ildən sonra saf penisilin əldə etməyə nail olunur. Və penisilinin köməkliyi ilə qanqrena və pnevmaniya kimi dəhşətli xəstəliklərin şəfası tapılır. Müasir zamanda müxtəlif növ antibiotiklər mövcuddur 

 

 


3. İndi artıq hər kəs DNT-nin nə olduğunu bilir. Lakin DNT strukturunun kəşfi 50 il bundan öncə baş verib. Bu strukturu Ceyms Vatson və Frensis Krik adlı iki alim kəşf edib. Onlar karton və metaldan DNT molekulunun modelini hazırlayıblar. Lakin əsl sensassiya bu idi ki, hər bir canlının DNT strukturu eyni quruluşda idi. Bu kəşfə görə, onlar Nobel mükafatı alıblar 


4. Günümüzdə orqan köçürmələri mümkünsüz bir proses olmaqdan çıxıb. Başqa bir insanın orqanı ilə yaşama faktı 1954-cü ildə kəşf edilib. Amerikalı cərrah A.Mürrey  23 yaşlı xəstəsinə onun əkiz qardaşının böyrəyini köçürməklə bunun mümkün olmasını sübut edib. Bu əməliyyatdan sonra xəstə əlavə 9 il də yaşaya bilib. Mürrey 1990-cı ildə öz kəşfinə görə Nobel mükafatı alıb


 5. Böyrək köçürülməsinin ardından artıq ürək köçürülməsinə cəhdlər edilməyə başlandı. 1967-ci ildə dünyasını dəyişmiş cavan bir qadının ürəyini ürək çatışmazlığı olan 53 yaşlı xəstəyə köçürdülər. Xəstə bu əməliyyatdan sonra 18 gün yaşadı. Daha sonra isə bu proses daha da təkmilləşdirilərək bu günümüzə gəlib çatdı

 

6. Bu gün həkim ziyarətinə getməyi USM-siz təsəvvür etmək çətindir. Daxili orqanların müayinəsini aparan bu aparat 1955-ci ildə ixtira edilib.Dünyada 1970-ci ildən sonra geniş yayılıb. 

 

USM, DNT, antibiotiklər necə kəşf edilib?–  Tibb tarixindən FAKTLAR
USM, DNT, antibiotiklər necə kəşf edilib?–  Tibb tarixindən FAKTLAR
USM, DNT, antibiotiklər necə kəşf edilib?–  Tibb tarixindən FAKTLAR