Üzdəki qəhvəyi ləkələrə qarşı – 3 Super RESEPT

  • 2019.09.04 17:14
  • 99192 Baxış
Üzdəki qəhvəyi ləkələrə qarşı –  3 Super RESEPT
Üzdəki qəhvəyi ləkələr bir çox xanımları narahat edir. Yaydan payıza doğru bu ləkələr aktivləşir.


Medicina.az bu ləkələrə effektiv təsir edən 3 ev üsulunu təqdim edir:


Çay sodası


1 qaşıq ağ sirkəni 1 xörək qaşığı çay sodası ilə qarışdırıb, pasta halına salın. Maska kimi ləkələrə yaxıb, 40 dəqiqə gözləyib  sonra yuyun


Soğan və sirkə


1 ədəd sürtgəcdən keçirilmiş soğana 2 qaşıq alma sirkəsi qatıb, ləkələrin üzərinə çəkin. 15 dəqiqə gözləyin. Hər gün 1 dəfə edin


 Aloe şirəsi


Bir qədər aloe geli və ya yarpağından alınmış şirəni ləkələrin üzərinə çəkib, tam quruyana kimi gözləyin. Sonra yuyun. Hər gün davamlı edin