Şakiranın Amerikadakı konsertində qızılcalı xəstə zalda olub.
"Medicina" xəbər verir ki, 82 min tamaşaçının xeyli hissəsi risk altındadır.
Bu barədə Nyu-Cersi Səhiyyə Departamenti xəbərdarlıq edib.
Qızılcalı xəstə mayın 15-də baş tutan konsertdə iştirak edib. Konsertin keçirildiyi stadionda təxminən 82 min tamaşaçı olub.
Qızılca isə hava-damcı yolu ilə asanlıqla yayılan xəstəliyidir.
Xəstəliyin digər insanlarda simptomlarının 10-14 gün ərzində üzə çıxdığı nəzərə alınaraq, Səhiyyə Departamenti diqqətli olmağa və konsertdə iştirak edənləri diqqətli olmağa çağırıb.