Sovet dövründə necə qidalanırdıqsa, indi də o cür qidalanmaq lazımdır – Məşhur endokrinoloqdan ŞOK

  • 25 Mart, 2019
  • 16921 Baxış
Sovet dövründə necə qidalanırdıqsa,  indi də o cür qidalanmaq lazımdır – Məşhur endokrinoloqdan ŞOK
Azərbaycanda bir çox ölkələrdə kimi şəkərli diabet xəstələrinin statistikasında rəqəmlər getdikcə artır və vəziyyət ürəkaçan deyil. Əgər bu gün ölkədə 250.000 dən çox insan artıq şəkər olduğunu bilirsə, bir o qədər də insan preddiabet mərhələsindədir və bundan xəbərsizdir. 

Tanınmış endokrinoloq, Avropa və Amerika endokrinologiya cəmiyyətinin üzvü Hidayət Məmmədzadə medicina.az-a şəkərli diabetin yaranmasında qidalanmağımızın rolu barədə maraqlı açıqlama verib. Həkim diabetdən qorxan insanlara qorunma yollarını göstərib.

"Diabet xəstəliyi bir günün içərisində meydana çıxmır. Əgər bir insan bu gün şəkər xəstəsidirsə deməli onun xəstəliyinin əsası 10 il əvvəl qoyulub. Çünki insulin dirənci adlandırılan hal 10 il əvvəldən başlayır,  daha sonra inkişaf edərək klinik diabetə çevrilir.
Diabetə təkan verəm amillərdən biri də qidalanma, şəkər qəbulu, piylənmədir. 

Bu gün insanlar demək olar ki, səhər yuxudan oyanandan yatana kimi qidalanırlar. Buna görə də davamlı olaraq toxuq.
Marketlər biznes maraqlarına xidmət edən paketlənmiş qidalarla doludur.  Əvvəlki  çörəklər, toyuqlar, quzu əti, hətta mal əti indi yoxdur. Onların yerini dərmanlarla böyüdülmüş balıqlar, toyuqlar tutmaqdadır. Süd qutusunun üzərində 1 il saxlanma müddəti qeyd edilir. Bu məhsulun tərkibi təbii ki, süd deyil, müxtəlif kimyəvi maddələrdən, ağardıcılardan, konservantdan ibarətdir”.

Həkim gündəlik qəbul olunan maye azlığının, insanların təmiz su içməməsinin də diabetə səbəb olduğunu bildirdi:

"Mən hər zaman xəstələrimə bildirirəm ki, insan orqanziminin hər kilosu 30 ml suya ehtiyac duyur. Yəni 100 kq çəkisi olan insan gündə 3 l su içməlidir. Bu böyrəklərin təmizlənməsi, gözün beyinin yaxşı çaıışması üçün, qanın təmizlənməsi üçün ən vacib olan şərtlərdən biridir. Bizim insanlar az su qəbul edir.
 
Diabet xəstəliynin yaranma səbəblərindən biri də budur. Duzlu fast food qidalar əsrimizin bəlasıdır. Hər bir fast food qida orqanizm üçün toksikidir.
70-80-ci illərə qədər Sovet dövründə, ondan əvvəlki dövrlərdə insanlar necə qidalanırdılarsa indi də o cür qidalanmaq lazımdır. Çünki sağlamlıq onda idi. 
Soruşun ana-atalarınızdan, nənə-babanızdan nə yeyirdilər, yeməkləri necə bişirirdilər, hansı qidaları nə vaxt yeyirdilər. Mağazadan indiki qədər şirniyyat alırdılarmı? Konfet, şokolad yeyirdilərmi, qazlı su içirdilərmi? Təbii ki, yox. 

Qidalanmanı düzgün və balanslaşdırılmış şəkildə qurmaq, hərəkətliliyi artırmaqla şəkərli diabetin qarşısını almaq mümkündür. Prediabetli xəstələrdə qan şəkərini normaya salmaq və gələcəkdə diabetdən qurtulmaq mümkündür. Bunun üçün qida rasionuna ciddi şəkildə nəzarət etmək lazımdır.
 
Rasiondan qan şəkərini artıran düyü,  makaron, çörək, şirniyyat, meyvə suları, energetik içkilər kimi qidaları kənarlaşdırmaq lazımdır. İnsan hər dəfə şirin qida qəbul etdikdə həmin dəqiqə qan şəkəri yüksəlir. Şəkər toksiki bir maddədir. Və orqanizm bu zəhərli maddəni neytrallaşdırmaq üçün insulin hormonunu dövriyyəyə qoşur. Artmış insulin hormonun insanın insulin müqavimətinin və piylənmənin səbəbibidir”.