Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sükan arxasında infarkt keçirib öldü

  • 2025.07.31 10:19
  • 178 Baxış
Sükan arxasında infarkt keçirib öldü

Xaçmazda sürücü avtomobillə hərəkətdə olarkən infarkt keçirib.

Meddici az xəbər verir ki, hadisə iyulun 30-da Xaçmaz-Quba yolunun 1-ci kilometrində qeydə alınıb.

Belə ki, Rövkət Yunusov idarə etdiyi “QAZ 3302” markalı, 40-BH-723 dövlət qeydiyyat nişanlı yük avtomobil ilə hərəkətdə olarkən infarkt keçirərək sükan arxasında öldüyündən avtomobil daş səkiyə çırpılıb.

Faktla bağlı cinayət işi başlanılıb.