Türkiyəli gənc aktyor Oktay Çubuk pərəstişkarlarını qorxudub.
Medicina.az xəbər verir ki, aktyor Oktay Çubukun xaricdə tətili zamanı yaşadığı sağlamlıq problemi pərəstişkarlarını narahat edib. Məşhur aktyorun xəstələndiyi, xəstəxanaya aparıldığı və ürəyinin qısa müddətə dayandığı məlum olub.
Çubuk anası ilə birlikdə olduğu Lissabonda qəfildən özünü pis hiss edib. Hadisə yerində ilkin müalicədən sonra tibb qrupları tez bir zamanda müdaxilə ediblər.
Gənc aktyorun dayanan ürəyi tibbi qrupların vaxtında müdaxiləsi sayəsində yenidən işə salınıb. Hadisə ətrafda böyük çaxnaşmaya səbəb olub.
Xəstəxanaya aparılan Çubukun reanimasiyaya yerləşdirildiyi, həyatı üçün təhlükəli vəziyyətinin nəzarət altına alındığı və müalicəsinin davam etdiyi bildirilib. Həkimlərin ətraflı müayinələri davam etdirdiyi öyrənilib.
Digər tərəfdən, aktyorun əvvəllər məlum olan ürək problemi olmadığı qeyd olunub. Hadisə qısa müddətdə əyləncə dünyasında və sosial mediada geniş səs-küyə səbəb olub.
Aygün
Medicina.az