Uçuqlar - Herpesdən necə qurtulaq?

  • 2023.09.21 15:07
  • 2326 Baxış
Uçuqlar - Herpesdən necə qurtulaq?

Sadə herpes virusları (Herpes simplex virus) Herpesviridae fəsiləsinin Simplexvirus cinsinə daxildir.


"Medicina" xəbər verir ki, bu viruslar geniş yayılmaqla dünya əhalisinin böyük bir hissəsini zədələyir.

Müxtəlif hüceyrələrdə replikasiya qabiliyyətinə malik olan bu viruslar tez bir zamanda çoxalaraq yüksək sitolitik effektə malikdirlər.

Sadə herpes virusları insanlarda gingivostomatitlər, keratokonyuktivitlər, ensefalitlər, genital xəstəliklər və yenidoğulmuşlarda infeksiyalar kimi geniş spektrli xəstəliklər törədirlər.

Sadə herpes virusunun iki tipi var:

• 1-ci tip sadə herpes virusu (SHV-1) - əsasən sifət nahiyyəsini, gözləri və mərkəzi sinir sistemini zədələyir;

• 2-ci tip sadə herpes virusu (SHV-2) - əsasən cinsi orqanları zədələyir.

İnfeksiya mənbəyi xəstələr və virusgəzdiricilərdir. SHV-1 əsasən təmas yolu ilə, bəzən hava-damcı yolu ilə yoluxur.


Yoluxma daha çox erkən yaşlarda baş verir. SHV-2, əsasən təmas yolu ilə, o cümlədən cinsi yolla yoluxur, ona görə də bu virusla yoluxma cinsi fəaliyyət başladıqdan sonra müşahidə olunur. Virus anadan dölə transplasentar yolla, habelə doğuş yollarından yoluxa bilər.

SHV orqanizmə selikli qişalardan və dərinin zədələnmiş nahiyələrindən daxil olur.


Viruslar infeksiyanın giriş qapısında (SHV-1 - ağız boşluğunun və udlağın selikli qişasında, SHV-2 isə cinsi yolların selikli qişalarında və dərisində) replikasiya olur. Birincili herpesvirus infeksiyası mülayim gedişə malikdir, çox vaxt simptomsuz olur. Sonra viruslar yerli sinir uclarından qanqlionlara (SHV-1 üçlü sinir qanqlionlarına, SHV-2 isə oma kələfi qanqlionlarına) gətirilir və burada latent infeksiya törədir.


Bu zaman neyronlar məhv olmur, lakin onların tərkibində virus genomu olur (bir hüceyrədə onlarla).
Latent infeksiyalaşmış qanqlionlarda neyronların 1%-i virus genomuna malik olur, virus neyronlarda replikasiya olunmadan saxlanılır. Əksər şəxslər (təqribən 80%) virusun ömürlük gəzdiricisidirlər ki, viruslar onların sinir düyünlərində saxlanılaraq neyronlarda latent infeksiya törədir.


Latent infeksiyalaşmış qanqlionlarda viruslar ömür boyu saxlanılır. İmmuniteti zəiflədən müxtəlif amillərin (soyuqlama, qızdırma, travma, stress, yanaşı gedən xəstəliklər, ultrabənövşəyi şüalar və s.) təsirindən herpesvirusların reaktivasiyası baş verir.

Sadə herpesivirus infeksiyalarının klinik təzahürləri müxtəlifdir və bütün hallarda birincili və residivverən infeksiya tipində gedir.

Orofaringeal herpesivirus infeksiyaları SHV-1 ilə törədilir. Birincili infeksiya çox vaxt simptomsuzdur, lakin 1-5 yaşında uşaqlarda selikli qişasının və diş ətinin vezikulyoz və xoralı zədələnmələrilə (gingivostomatitlə) təzahür edir. Xəsləlik qızdırma, boğaz ağrısı və ağız boşluğunda vezikulaların və xoraların əmələ

gəlməsilə müşayiət olunur. Yaşlı şəxslərdə faringitlər və tonzillitlər, yerli limfoadenopatiya müşahidə edilir.

Xəstəliyin residivi əsasən dodaq nahiyəsində baş verdiyindən dodaq herpesi (herpes labialis)| adını almışdır. Dodaq herpesi vezikulaların əmələ gəlməsilə təzahür edir. Vezikulalarda güclü yandırıcı ağrı hiss edilir. Bir müddət sonra vezikula deşilir, yara əmələ gəlir və qabıqla örtülərək sağalır. Vezikulalar quruduq¬dan və əmələ gəlmiş qabıqlar qop¬duqdan sonra yerində çapıq əmələ gəlmir. Müəyyən müddət sonra xəs¬təliyin təkrar residivləri, adətən eyni nahiyədə müşahidə edilir.
SHV-1 ilə törədilən kerato-konyuktivitlər də residivverən infeksiyalar tipində cərəyan edir.

Xəstəlik keratitlər, buynuz qişada xoralar, yaxud göz qapağında vezikulaların əmələ gəlməsilə təzahür edir. ABŞ-da residivverən herpetik keratokonyuktivitlər, travmalardan sonra korneal korluğun əsas səbəblərindən biridir.

SHV-1 ilə törədilən ensefalitlər ağır gedişə malik olaraq yüksək letallığa malikdir. Sağalmış şəxslərdə çox vaxt qalıq nevroloji əlamətlər müşahidə edilir.

Genital herpes əsasən SHV-2 ilə törədilir, lakin bəzən SHV-1 də genital herpesin klinik epizodlarının baş verməsinə səbəb ola bilər. Zədələnmə vezikulaların əmələ gəlməsi ilə təzahür edir ki, bunlar da tez bir zamanda xoralaşır. Xoralar adətən ağrılı olur, bəzən qızdırma, dizuriya və qasıq limfa düyünlərinin böyüməsilə ınüşayiət olunur. Kişilərdə ən çox penis, qadınlarda isə cinsiyyət dodaqları, uşaqlıq yolu və uşaqlıq boynu zədələnir. Müəyyən müddət sonra xəstəliyin residivləri, adətən eyni nahiyədə müşahidə edilir.

Neonatal herpes, yaxud yenidoğulmuşların herpesi əsasən SHV-2 ilə törədilir. Ana bətnində, doğuş zamanı, yaxud doğuşdan sonra yoluxma mümkündür. Əksər hallarda yoluxma doğuş zamanı ananın doğuş yollarından keçərkən baş verir. Virus daxili orqanlara yayılmaqla generalizasiya olunmuş infeksiya törədir. Yüksək letallığa malik olan neonatal herpes müalicə olunmadıqda təqribən 50% hallarda ölümlə nəticələnir.

Ensefalitlər, virus pnevmoniyaları və damardaxili koaqulopatiyalar ölümün əsas səbəblərindəndir, sağalmış uşaqların bir çoxunda nevroloji əlamətlər müşahidə olunur.

Neonatal herpesin profilaktikası üçün əsas tədbir analarda genital herpesin aşkar edilməsi və müalicəsidir. Kesar kəsiyi də uşağın yoluxma riskini azaldır.


İmmun çatışmazlığı olan şəxslərdə SHV infeksiyalarının baş vermə riski daha yüksəkdir. Böyrək, ürək və sümük iliyinin transplantasiyası, eləçə də QİÇS və bədxassəli şişlər zamanı bu infeksiyalar xüsusən ağır gedişə malik olur.

Birincili SHV infeksiyalarına ən yüksək həssaslıq həyatın 6 aylığından 2 yaşa qədərki dövrünə təsadüf edir.

SHV infeksiyalarında antivirus preparatlar effektlidir.Bu məqsədlə Almaniya istehsalı olan Engystol, Euphorbium comp., Galium-heel və Pascorbin preparatlarından istifadə etmək olar.

Bu Biotənzimləyici preparatlar immun sistemi modulə edir, virusun replikasiyasının qarşısını alır və residivlərə mane olur. Heç bir əlavə təsirləri yoxdur.Uzunmüddətli istifadəsi təhlükəsizdir.

Engystol
GÖSTƏRİŞLƏR:

Virus infeksiyaları:• KRVİ (qrip, paraqrip, adenovirus və s.)

• Herpes infeksiyası
• Qızılca
• Su çiçəyi
• Kəskin və latent virus infeksiyaları (HSV, CMV)
• Papilloma
• Virus hepatitləri

Euphorbium comp

Tədqiqatlarla aşkarlanıb: müxtəlif viruslara təsir edir: paraqrip II tip, sadə herpes I tip, respirator sinsitial virus, A qrip virusu. 2,3,4

Galium-heel
GÖSTƏRİŞLƏR:

- Bütün orqan və sistemlərin xroniki xəstəlikləri
- Prekanserozlar
- Erkən qocalma
- Allopatik preparatlarla uzun müddətli müalicə
- Antibiotiklərlə müalicənin əlavə təsirlərinin azaldılması

Pascorbin
GÖSTƏRİŞLƏR:

• İnfeksion xəstəliklər
• Cərrahi əməliyyatlardan sonra
• Ağır travmalar (sümük sınıqları və gec sağalan yaralar)
• Müxtəlif dərəcəli yanıqlar
• Onkoloji xəstəliklər
• Müxtəlif intoksikasiyalar (xüsusən də zəhərlənmələr)
• Alkoqol və infeksiya mənşəli deliriya
• Psixi pozulmalar
• Addison xəstəliyi
• Allergik və iltihabi dəri xəstəlikləri
• Revmatik xəstəliklər
• Müxtəlif distrofiyalar
• Kardiovaskulyar xəstəliklər