Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qadınlar daha çox insult ola bilər

  • 2025.08.14 16:45
  • 68 Baxış
Bu qadınlar daha çox insult ola bilər



Hansı qadınlarda insult riskinin daha çox olduğu məlum olub.


“Medicina” xəbər verir ki, Harvard İctimai Səhiyyə Məktəbi və Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları kimlərsə tərəfindən təqiblə üzləşən və ya həbs qərarı verən qadınların sonrakı illərdə ürək-damar xəstəliklərindən əziyyət çəkmə ehtimalının artdığını müəyyən ediblər.


Tədqiqatda ürək-damar xəstəlikləri olmayan təxminən 46 yaşlı 66 mindən çox qadın iştirak etmişdir. 20 il ərzində aparılan müşahidələr nəticəsində demək olar ki, 12%-i təqib hallarını, təxminən 6%-i isə həbs qətimkan tədbiri yaşayıb.

Təhlil göstərdi ki, təqibə məruz qalan qadınların infarkt və ya insult riski olmayanlara nisbətən 41% daha yüksəkdir. Qadağa qərarı verənlər üçün risk 70% artıb. Bu məlumatlar digər amilləri - həyat tərzini, xroniki xəstəlikləri, uşaqlıq sui-istifadəsini və depressiya əlamətlərini nəzərə aldıqdan sonra da aktuallığını qoruyub saxlamışdır.

Müəlliflər qeyd edirlər ki, təhlükə hissi ilə bağlı daimi stress sinir sisteminə, damarların fəaliyyətinə və digər bioloji proseslərə mənfi təsir göstərə bilər.



Aygün Musayeva