Prof.Dr.Osman Müftüoğlu cinsi problemi olanlar üçün həm təbii, həm də təsirli olan qarışımı ortaya çıxarıb.
Medicina.az xəbər verir ki, cinsi sağlamlıq həm fiziki, həm də psixoloji olaraq həyat keyfiyyətinə təsir edən bir məsələdir. Bununla belə, bir çox insan aşağı libido, performansın azalması və erektil disfunksiya kimi problemlərlə üzləşirlər.
Bu problemləri həll etmək üçün tanınmış həkim və sağlamlıq mütəxəssisi Prof. Dr. Osman Müftüoğlu yalnız iki ədviyyatla hazırlanmış qarışımı tövsiyə edir. Müftüoğlu, bu qarışımın cinsi gücü artırdığını, enerji verdiyini iddia edir.
Bəs bu qarışım necə hazırlanır və necə istifadə olunur?
Müftüoğlunun şiddətlə tövsiyə etdiyi qarışımda yalnız iki ədviyyat var: qara bibər və sarıkök. Bu iki ədviyyat mətbəxdə tez-tez istifadə olunur və sağlamlıq üçün faydalıdır.
Ümumiyyətlə, qara bibər və zərdəçal antioksidant, iltihab əleyhinə və antimikrobiyal xüsusiyyətləri ilə təkcə immunitet sistemini dəstəkləmir, həm də həzmə kömək edir, qan şəkərini balanslaşdırır və maddələr mübadiləsini artırır. Üstəlik, bu iki ədviyyat birləşdirildikdə cinsi problemlərə də çarə ola bilər.
MÖCÜZƏ QARIŞIMI NECƏ HAZIRLAMALI?
Prof. Dr. Osman Müftüoğlunun paylaşdığı qarışımı hazırlamaq üçün bunları edin:
Bir qaba 1 çay qaşığı qara bibər qoyun. 3 çay qaşığı sarıkök əlavə edin. İsti su ilə qarışdırın.
Bu qarışımı hər səhər acqarına için.
Bu qarışımı müntəzəm olaraq yedikdə, cinsi istəyinizdə və performansınızda artım görəcəksiniz. Həmçinin, bu qarışımın immunitet sisteminiz üçün faydalı olduğunu unutmayın.
Aygün
Medicina.az