22.08.2025-ci il tarixində saat 11:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bildirilib ki, çağırış əsasında 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 6 nəfər (kişi cinsli) tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, zəruri tibbi yardım göstərildikdən sonra amulator müalicə üçün evə buraxılıblar, 1 nəfərə (kişi cinsli) sağ əlin yanığı, 1 nəfərə isə (kişi cinsli) özünü pis hiss etməsi səbəbi ilə yerində tibbi yardım göstərilib.