Təbiətin möcüzələrindən biri olan bəzi otaq bitkiləri süngər kimi havadakı nəmi özünə çəkir, kif əmələ gəlməsinin qarşısını alır və evin içindəki havanı təmizləyir.
Medicina.az xəbər verir ki, bu bitkilərdən birinin evdə olması nəmlik və kif problemlərini azaltmaq üçün təsirli bir addım ola bilər.
Baxımı kifayət qədər asan olan lent bitkisi nəinki artıq nəmi, həm də havadakı zərərli maddələri udur. Parlaq bir yerdə yerləşdirildikdə, lakin birbaşa günəş işığına məruz qalmadıqda, sürətlə inkişaf edir və yerləşdiyi mühitin havasını təmizləməkdə təsirli olur.
Aygün
Medicina.az