İnkişaf yaşında olan uşaqlar üçün boy uzadan qidalar müəyyən edilib. Mütəxəssislər bildirirlər ki, bu qidalanma tövsiyələrinə əməl edən uşaqlar daha sürətlə böyüyürlər.
Medicina.az xəbər verir ki, uşaqların inkişafını sağlam şəkildə tamamlamaq üçün onların düzgün qidalanması son dərəcə vacibdir. Xüsusilə inkişaf yaşında olan uşaqların bu dövrdə daha sürətli böyüməsi və immunitetlərinin güclənməsi üçün mütəxəssislərin qidalanma tövsiyələri nəzərə alınmalıdır. Valideynlər uşaqların həm əqli, həm də fiziki inkişafı üçün kiçik yaşlarından qidalanma vərdişlərini müəyyən etməlidirlər.
Mütəxəssislərin fikrincə, səhər yeməyi hər kəs, xüsusən də inkişaf çağındakı uşaqlar üçün ən vacib yeməkdir. Sağlam həyat tərzinin tələbi olan səhər yeməyində üstünlük verilən qidalar son dərəcə əhəmiyyətli hesab edilir. Səhər yeməyini atlamaq mədə problemləri və xora kimi problemlərə səbəb olur. Sağlam səhər yeməyi maddələr mübadiləsini sürətləndirən qidalardan seçilməlidir və bunun uşaqlarda daha sürətli boy artımına töhfə verdiyi bildirilir.
Mütəxəssislərin fikrincə, uşaqların tez boyu uzanması üçün bir çox detallara diqqət yetirmək lazımdır. Bunlar arasında ilk növbədə sağlam qidalanma gəlir.
Sink, manqan və fosforla zəngin qidalara üstünlük verilməlidir. Bu çərçivədə zülal və kalsiumla zəngin qidalara da seçilməlidir. Qidalanma ilə yanaşı, adekvat yuxu və istirahət də uşaqların inkişafının ən vacib hissələrindəndir. Bundan əlavə, gün ərzində tez-tez və kiçik yeməklər qəbul etmək, vitamin və minerallarla zəngin qidaları seçmək vacibdir. Bundan əlavə, idmana erkən yaşlarda başlamaları da tövsiyə olunur.
Aygün
Medicina.az