Fəqərəarası disk yırtığına bənzər ağrı verən qeyri-adi sindrom – Müalicəsi bir inyeksiya ilə mümkün imiş

  • 19 İyun, 2019
  • 4657 Baxış
Fəqərəarası disk yırtığına bənzər ağrı verən qeyri-adi sindrom – Müalicəsi bir inyeksiya ilə mümkün imiş
Piriformis sindrom beldə olan ağrı və əlamətləri ilə çox zaman disk yırtıqları, onurğa fəqərəarası yırtıqlara bənzəyir, bəzən səhv salınır. Hətta bu xəstələr fərqli diaqnozlarla əməliyyat də olunurlar. Halbuki bu xəstəliyin əməliyyatsız müalicəsi mümkündür. 

Medicina.az xəbər verir ki, artıq Azərbaycanda Piriformis sindromunu ən doğru üsulla, cəmi bir neçə dəqiqəyə müalicə edən mərkəz və mütəxəssis vardır.
Ağrı Mərkəzinin rəhbəri, alqoloq Zülfüqar Yusifov bildirib ki, bu sindromun ən yaxşı müalicəsi oturaq siniri sıxaraq ağrıya səbəb olan armudvari əzələnin blok edilməsidir. 

Sindrom piriformis inyeksiyaları ilə müalicə edilir. Bloku düzgün, təhlükəsiz, dəqiq həyata keçirmək üçün müasir metod ultrasəs altında həyata keçirməkdir.
Bu pasiyent də aylardır onurğa, ayaq ağrılarından əziyyət çəkirdi. Piriformis diaqnozu nadir halda da olsa qoyulub, lakin müalicəsi düzgün olunmamışdı. Biz xəstəyə ambulator şətaitdə, cəmi 10 dəqiqə ərzində həmin inyeksiyanı etdik, əzələ blok olundu və ağrı aradan qalxdı. Xəstə ağrılardan xilas olaraq, həmin gün evə qayıtdı.

Həkimlə əlaqə: 
050 346 47 72 


Həmin prosedurun videosunu təqdim edirik: