Oksford Universiteti və Moderna-nın birgə hazırladığı eksperimental mRNA peyvəndi bəzi xərçəng növlərinin yaranmadan əvvəl qarşısını almağı hədəfləyir.
Medicina.az xəbər verir ki, ilk insan sınaqlarının bu yay başlanması planlaşdırılır.
Peyvənd əsasən Lynch sindromu kimi irsi yüksək risk daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçənglərinin qarşısının alınmasına yönəlib.
Yeni texnologiya immun sisteminə xərçəngə çevrilə biləcək hüceyrələri erkən tanımaq üçün “təlim verməyi” məqsəd qoyur. Alimlər uğurlu nəticələrin gələcəkdə digər xərçəng növləri üçün də profilaktik peyvəndlərin hazırlanmasına yol aça biləcəyini bildirirlər.
Peyvənd hazırda sınaq mərhələsindədir və onun effektivliyi ilə bağlı əsas nəticələr qarşıdakı illərdə məlum olacaq.
Xanım,
Medicina.az