8 yaşlı uşağın burun-boğaz əti əməliyyatında ölümünə görə cinayət işi açıldı

  • 2019.07.17 10:05
  • 7848 Baxış
8 yaşlı uşağın burun-boğaz əti əməliyyatında ölümünə görə cinayət işi açıldı
Bakıda özəl klinikalardan birində baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb. Medicina.az News24.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisindəki özəl klinikada 8 yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkimin səhlənkarlığından ölüb. Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim N.Yaqubova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni səhlənkarlıq, ölümlə nəticələndikdə maddəsi ilə iş açılıb. Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb. Artı cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib. Qeyd edək ki, klinikada faciəli şəkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş.