İran xərçəngə qarşı dərman istehsalına başladı

  • 2019.05.07 10:51
  • 7507 Baxış
İran xərçəngə qarşı dərman istehsalına başladı
İranda xərçəng xəstəliyi və diabetə qarşı dərman preparatlarının istehsalına başlanıb.

 

 

 

Medicina.az-ın xarici mətbuata istinadən veriyi xəbərə görə, İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Surna Səttari və səhiyyə naziri Səid Nəməkinin iştirakı ilə dərmanların təqdimatı keçirilib. Tədbir Əlborz əyalətinin İştihar sənaye şəhərciyində reallaşıb.

Tədbirdə bağırsaq, mədə və qaraciyər xərçəngi xəstəliyinə qarşı "Regorafenib” və qaraciyər, böyrək və tiroid  xərçəngi əleyhinə olan "Sorafenib” adlı dərmanlar, şəkər xəstəliyinin müalicəsi üçün  "Empagliflozin” və "Dapagliflozin” dərmanları nümayiş edilib.

 
Dərmanların İran bazarında 1 milyard dollarlıq satışı proqnozlaşdırılır. Sözgedən dərmanlara ABŞ Qida və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinin Məşvərət Şurasının (FDA) lisenziyası verilib.