- Ev şəraitində aradan qaldırmaq mümkündürQəbizliyin 3 növü

  • 2019.01.07 12:34
  • 24784 Baxış
 - Ev şəraitində aradan qaldırmaq mümkündür Qəbizliyin 3 növü

Qəbizliyə səbəb olan bir çox patologiyalar var. Bu hal uşaqlarda, cavanlarda olduğu kimi, yaşlı insanlarda da müşahidə edilə bilər. Dərman müalicəsindən əlavə qəbizliyi ev şəraitində də aradan qaldırmağın bir çox yolları var. 


Qeyd: qəbizlik bir çox ciddi xəstəliklərin, o cümlədən də xərçəng xəstəliyinin əlaməti ola bilər. Buna görə də uzun müddətli və ciddi narahatlıq verən qəbizlik zamanı  mütləq həkimə müraciət etmək lazımdır. 


Medicina.az xəbər verir ki, defikasiya aktı sutkada ən az 1 dəfə həyata keçməlidir. Normal defikasiya zamanı nəcis çox da bərk olmamalıdır, 2 barmaq diametrində formalaşmış, tərkibində selik, qan və həzm olunmamış qida qalıqları saxlamayan kütlə şəklində olmalıdır. 


2 sutkadan çox bayıra çıxmamaq artıq qəbizlik hesab edilər bilər. Qastroenterologiyada qəbizliyin əsasən 3 növü təyin edilir: 


1. Atonik qəbizlik: ilk çıxan nəcis bərk olur, ağrı verir. Aktın davamında nəcisin strukturu normallaşır.  


2. Spastik qəbizlik: nəcis kütləsinin formalaşması və defikasiya aktı zamanı ağrı və sancı müşahidə edilir. 


3. Xroniki qəbizlik: yuxarıda göstərilən hər iki qəbizlik növünün əlamətlərinin birləşməsi nəticəsində meydana çıxır. Kal bərk və quru, kiçik yığınlar şəklində xaric olur. Bunun səbəbi isə nəcis kütləsinin uzun müddət bağırsaqlarda qaldığına görə tərkibindəki mayenin sovrulmasıdır. 


Qəbizliyin səbəbləri aşağıdakılardır: 


Gündəlik kifayət qədər su qəbul edilməməsi. İnsanlar az miqdarda su qəbul edirlər. Bundan da əlavə bir çoxları çayı, qəhvəni, qazlı şirin içkiləri su hesab edirlər. Amma unutmaq olmaz ki, sutka ərzində ən az 1,5 l təmiz su içilməlidir. 


Lifli qidaların az istifadə edilməsi. Bağırsqların peristaltikasını (hərəkətini) artırmaq, həmçinin də bağırsaqlarda olan xeyirli mikroflaoranın inkişafı üçün lifli və kobud tərkibli gechəzmolunan qidaların qəbulu vacib şərtdir. 


Az hərəkətlilik. Əzələlərin aktiv hərəkəti zamanı bağırsaqların hərəkətliliyi artır, tullantı məhsullarının ifrazı rahatlaşır. 


Antibiotiklərin və qarın işlədən dərmanların sui-istifadəsi. 


Arıqlamaq üçün saxlanılan uzun müddətli pəhriz. Az qida qəbul etmək bağırsaqların işini zəiflədir və kəskin şəkildə tənbəlləşdirir. 

 

Hamiləlik və doğuşdan sonrakı ilk aylar. Hamiləlik zamanı uşaqlığı sıxmamaq üçün orqanizm bağırsaqların peristaltikasını azaldır. Bundan əlavə, döl uşaqlığın daxilində inkişaf etdikcə bağırsaqları sıxaraq qəbizlik yaradır. 


Bağırsaq şişləri, mexaniki zədə, xroniki stress və daxili orqanların xəstəlikləri, eləcə də bir çox vəzilərin, məsələn qalxanabənzər vəzin xəstəlikləri zamanı da qəbizlik meydana çıxır. 


Uşaqlarda "qarşok”a öyrəşməmək, düzgün olmayan qida rasionu, raxit, allergiya və qalxanabənzər vəzi problemləri zamanı müşahidə edilir. 


Ev şəraitində qəbizlikdən azad olmağın yolları


Əvvəlcə defikasiya aktını həyata keçirmək üçün müxtəlif şamlardan, məsələn qliserin şamından istifadə edilməlidir. 


Daha sonra isə bağırsaqların normal funksiya göstərməsi üçün mütləq səhər yeməyi yemək lazımdır. Bu məqsədlə kələm, alma və yerkökü salatı istifadə edilə bilər. Bundan əlavə, 7-10 ədəd quru əncir və ya qara gavalını axşamdan suda isladaraq səhər-səhər yemək və suyunu da içmək tələb olunur. 


Yeməkdən 15 dəqiqə əvvəl ac qarına qaynar və ya soyuq şəkildə qəhvə için. Daha sonra isə tərkibində kifayət qədər çox lif olan ərzaqlardan ibarət səhər yeməyi yeyin və bol maye için. Yaxşı olardı ki, sonradan gün ərzində qəhvə içməyəsiniz. 


Qeyd: öd kisəsi, mədə və mədəaltı vəzində problem olan insanlar bu üsulu tətbiq etməməlidirlər.

Həmçinin səhər ac qarına 2 ədad almanı yaxşıca çeynəyərək yemək də müsbət nəticə verir. 


Bağırsağı bərkidən qidalar siyahısına düyü, banan, armud, əzgil, heyva, qəhvə, qara çay, şokolad aid edilə bilər. 


Arzu 

Medicina.az