Sağlam beyin üçün vacib məşqlər – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”

  • 2019.07.29 11:57
  • 20588 Baxış
 Sağlam beyin üçün vacib məşqlər  – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”

Alimlər iddia edir ki, orqanizmdə yüksək səviyyədə qlutationun tək beyin hüceyrələrinin deyil, ümumiyyətlə bütün orqanizmin qocalmasını ləngidir. Beynin fəaliyyətini yaxşılaşdırmaq üçün qida rasionuna süd əlavə etmək və ümumilikdə menyunuza fikir vermək məsləhət görülür.

Bəs beyni sağlam və gənc saxlamağın daha hansı yolları var? Nə etmək lazımdır ki, zehni fəaliyyət yaşlaşdıqca passivləşməsin? Beyin məşqlərinə nələr daxildir? 

Medicina.az ağıldankəmlik sindromu riskini azaldacaq və beyin fəaliyyətini cavanlaşdıracaq maraqlı üsulları təqdim edir:


 

Okan Universitetinin Nevrologiya şöbəsinin mütəxəssisləri sağlam bir gələcək üçün hər kəsin çox asanlıqla tətbiq edə biləcəyi önəmli araşdırmalar aparıblar. Beyin hüceyrələrini sağlam və cavan saxlamaq üçün müxtəlif yollar mövcuddur. Mütəxəssislər qeyd edir ki, qida rasionu ilə bərabər ilk növbədə məşqlərə vaxt ayırmaq lazımdır. 



Fiziki məşqlər 

 

Fiziki sağlamlıqla bərabər beyin sağlamlığı üçün də zəruri olan məşqlər var. Aparılan araşdırmalarda iştirak edən insanlar arasında nizamlı qaydada idmanla məşğul olan şəxslərin beyin fəaliyyəti digərlərinə nisbətən 70-80 faiz daha fəal olduğu müəyyənləşib. Eyni zamanda ağciyərlər daha sağlam və aktiv olur, şəkər xəstəliyi riski azalır, yüksək təzyiq, yüksək xolesterin və iflic kimi beyin fəaliyyətinə mənfi təsir edə bilən xəstəliklərə daha az rast gəlinir. Bundan başqa bibəriyyənin tərkibində olan sineol maddəs, eləcə də "nörotrofin" adlı maddə beyin hüceyrələrinin qorunmasında çox faydalıdır.

 

Bəs "məşq" dedikdə nələr nəzərdə tutulur? 


Məşqlər qətiyyən yorucu və ağır olmamalıdır. Sadəcə olaraq müntəzəm olaraq, nizamlı şəkildə hər gün 30-40 dəqiqə gəzinti (qulaqcıqlardan istifadə edərək beyni yormamaq şərtilə), imkan varsa, evdə məşq edin, bağça, həyətyanı sahə ilə məşğul olmaq, hovuzda üzmək və s. Zaman problemi varsa, gündəlik fəaliyyətlər daxilində fiziki fəallığınızı təmin etmək üçün məsələn, yerimə məsafələrində avtomobillərdən imtina edin. Ya da avtomobilinizi getdiyiniz ünvanda daha uzaq yerə park edin və piyada gəzinti üçün şərait yaradın. Bundan başqa lift yerinə pilləkənlərdən istifadə etmək həm beyin, həm də ürək fəaliyyətinizə müsbət təsir edəcək. 



Sağlam qidalanmanın rolu 

 

Gündəlik istehlak etdiyiniz qidaların təbii və sağlam olması orqanizmin daha cavan qalmasına xidmət edir. Meyvə və tərəvəz, sağlam yağlardan (balıq, zeytun yağı, qoz, badam kimi), tam taxılla zəngin qidalar, B qrup vitaminlər, tərkibi omeqa 3 ilə zəngin məhsullar (yumurta, balıq), riboflavin tərkibli badam yağı, çuğundur və s. ibarət zəngin pəhriz saxlamaq yaşından asılı olmayaraq hər kəsə tövsiyə edilir. Qan dövranının stabil olması, ürək-damar yollarının təmizliyi, beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. 


Yaddaş və ağıldankəmlik sindromu 


Ağıldankəmlik, eləcə də yaddaş pozuntusu cəmiyyət arasında yaşlı insanlarda tez-tez müşahidə edilən ağır xəstəliklərdən hesab olunur. Təkcə Birləşmiş Krallıqda bu sindromdan əziyyət çəkən şəxslərin sayı 800 minə çatıb. Okan Univeristetinin mütəxəssisləri apardıqları çoxsaylı araşdırmaların nəticələri əsasında zehni fəallığın düşüncənin tənəzzülünü ləngitdiyinə dair çoxsaylı dəlillər aşkarlayıblar. Mexanizmi bəlli olmayan xəstəliyin bu səbəbdən geniş yayıldığı iddia edilir. Alimlər bu xəstəliyin yaranma səbəblərini, eləcə də vaxtında müalicəsinin öyrənilməsinin sağlam gələcək üçün olduqca əhəmiyyətli olduğunu dilə gətirirlər. Mütəxəssislər kitab oxuyub, krossvord həll etməyin bu xəstəliyin sürətini azaltdığını iddia edirlər. 


Siqaret 

 

 


Tütün məhsullarından istifadə edən şəxslərin 40-50 yaşdan sonra yaddaş zəifliyindən əziyyət çəkdiyi sübut olunub. Belə ki, siqaret çəkən insanlarda tütün tərkibində olan maddə birbaşa beyinin daimi yaddaşından insanların sifətini və adlarını silməyə başlayır. İnsanlar bəzən siqaretin yalnız ağciyər xəstəlikləri, yüksək təzyiq, iflic kimi problemlərə yol açdığını düşünürlər. Lakin bu eyni zamanda yaddaş pozuntusuna da gətirib çıxarır. 

 

Stressin təsiri 

 

 


Bütün xəstəliklərin özəyi əsəb və stressdir. Alimlər uzun müddətli stressin beyində ciddi fəsadlara yol açacağını deyir. Beyin sürətli şəkildə öz funksiyalarını itirir. Bir müddətdən sonra isə orqanizm tamamilə passivləşir və heç bir qıcıq qəbul etmədən, reaksiyasız qalır. Beyin orqanizmin stressə necə cavab verəcəyini müəyyən edə bilmir. Gərginlik, stress mərkəzi yaddaşı öldürür. Bu səbəbdən həkimlər insanları stressdən, gərginlikdən mümkün qədər uzaq olmağa çağırır. 


Zehin məşqləri 


İnsan yaşa dolduqca beyin inkişafı yavaşlayır. Yaddaş problemi ilə yanaşı, bir sıra digər problemlər də yaranır. Bununla əlaqədar olaraq, yaşlı insanlarda beyin hüceyrələrinin daha sağlam qalması üçün müntəzəm olaraq yeni məlumatlar qəbul etmək lazımdır. Yeni informasiyaların qəbulu beyni aktivləşdirir. Düşünmə reflektorlarını aktivləşdirir. Yaddaş gücləndirilməsi üçün mümkün qədər eyni informasiyaları təkrarlamağa çalışın. Məsələn, kitab oxuyarkən mövzunun nədən bəhs etdiyini tez-tez xatırladın özünüzə.

 


 

Məsələni müzakirə edərək fikir yürütməyə çalışın. Xüsusi yaddaş oyunları, rəngli kağızlar, tapmaca, sudoku həll etmək düşünmə tezliyini artırır. İmkan olduqca yeni bir dil öyrənməyə və ya musiqi alətlərində ifa etməyə cəhd edin. Özünüzə işdən əlavə yeni hobbi tapın. Asudə vaxtınızı zehni, fiziki və sosial fəaliyyətlərinizi birlikdə yerinə yetirə biləcəyiniz istiqamətdə birləşdirin. Məşqlər əlbəttə ki, insan orqanizmi üçün çox vacibdir.

 

Beynin zehni məşqində isə sudoku kömək edəcək. Bu bu ən məşhur ədədi oyunlardan biridir. Hər gün rahatlıqla oynaya bilərik. Sudoku oynayan zaman yaddaş və məntiq, yan-yana çalışır. Biz sonrakı boş xana üzərində düşünürük. Məntiq istifadə edərkən nömrələrini yadda saxlamaq üçün yaddaşımızdan istifadə edirik. Bu da əqli fəaliyyəti gücləndirir. Bu tip oyunlar vasitəsi ilə  məntiqi təcrübə qazanmış oluruq. Altsheymer xəstəliyinə tutulma riskini azaldır. Belə çıxır ki, sudoku oyunu maraqlı olduğu kimi faydalıdır da. Diqqəti cəmləməyə kömək edir. Xoşbəxtlik hissi verir. tez-tez sudoku ilə məşğul olanların beyni  operativ işləyir. 


Ayna Məmmədova

Medcina.az

 Sağlam beyin üçün vacib məşqlər  – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”
 Sağlam beyin üçün vacib məşqlər  – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”
 Sağlam beyin üçün vacib məşqlər  – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”
 Sağlam beyin üçün vacib məşqlər  – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”
 Sağlam beyin üçün vacib məşqlər  – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”
 Sağlam beyin üçün vacib məşqlər  – Yaddaşı gücləndirir, xəstəlikləri “qovur”