Ürək çatışmazlığının ilkin əlamətləri – Bu məqamlara diqqət!

  • 30 May, 2019
  • 22093 Baxış
Ürək çatışmazlığının ilkin əlamətləri –  Bu məqamlara diqqət!

Ürək çatışmazlığı o vəziyyətə deyilir ki, artıq ürək orqanizmin metobolik tələbatını təmin edə və qanı bütün bədənə lazım olan sürətdə və miqdarda ötürə bilmir. Bu pozulmanın nəticəsində orqan və toxumalar oksigen və faydalı maddələr defisiti yaşayıb, ac qalır, əsas mühərrik olan ürək isə daim normasından artıq gərginlikdə çalışır. 

Getdikcə bu rejim səhhətinizdə bir çox problemlər meydana çıxaracaq ki, bunlardan bəzilərini insan özü nəzarət altına ala bilər.

Medicina.az ürək çatışmazlığı zamanı həkimdən də öncə insanın özünün nəzərə alınmalı və dəyişməli olduğu bəzi məqamları təqdim edir.

1.Çəkini ölç və arıqla

Çəkindən xəbərsizsənsə, tərəzi al və hər gün özünü çək. Əgər çəkin normadan 10-20 kq artıqdırsa, deməli, orqanizmdə maye çox yığılır. 

Hər gün səhər yeməkdən öncə və axşam çəkini qeydə al. Əgər axşamkı çəki səhərkindən 1-2 kq çox fərq göstərirsə, deməli, ürəkdə problem var. Ay ərzində 4-5 kq çəki alan insan təcili kardioloqa getməli, eləcə də peşəkar dietoloqla arıqlamağa başlamalıdır.

2.Arterial təzyiqini evdə ölç

Bunun üçün yeni, elektron asan cihazlar var. Təzyiqin yüksəlməsi, gün ərzində stabil qalmaması ürək çatışmazlığının göstəricisi ola bilər. Əgər təzyiq günün bir hissəsində 140-dan 160-a yüksəldisə, deməli, ürək həddən artıq yüklənib. Ürək əzələsi bu yükdən zəifləyəcək. Kardioloqa gedəndə son 1 ayın təzyiq göstəriciləri qeydini mütləq göstərin.

Evdə müxtəlif üsullarla təzyiqi salmaq ürəyə təsir etmir, o yenə zəifləyəcək.

3.Nə qədər maye qəbul edirsən?

Ürək xəstəliyi və xroniki ürək çatışmazlığı xəstələri gün ərzində nə qədər maye qəbul etdiklərini ciddi izləməlidir. Bu gün hamı su iç, su iç təbliğatı aparır və ürək xəstələri çox maye qəbul etməməlidir.

Çünki ürək çatışmazlığı olan xəstələrdə böyrəklər gücləndirilmiş rejimdə işləyir və onlara da yük düşür. İntensiv maye və su onların yükünü artırır. Ona görə Amerika mütəxəssisləri bu xəstələrə çay, şirə. su, qəhvə, meyvə, qarpız qəbulunda normanı aşmamağı məsləhət görür.

Əgər gün ərzində  maye qəbulundan sonra sinədə xışıltı, əl-ayaqda şişkinlik, təngnəfəslik hiss edirsizsə, deməli ürəyin işində çətinlik yaranıb.
Ürək çatışmazlığı xəstələri əgər kifayət qədər hərəkət edirsə, aktiv gəzirsə, 1 -1,5 litr maye qəbul etsələr yetərlidir. Əgər oturaq həyat tərzi sürürsə, daha az olmalıdır.
 


4.Duzu azaldın

Ürəyində problem olan hər bir kəs duzdan uzaq durmalıdır. Siz müxtəlif qidalar, tərəvəzlərlə lazımi qədər duz alırsız. Yeməyə duz səpməyin, şoraba yeməyin.

Bu maye toplanmasına səbəb olub, orqanizmi sıradan çıxarır. 
Trans yağlardan hazırlanmış, duz-istiolu bütün qidalardan, fast-food, yarımfabrikat, market məhsullarından, kolbasadan uzaq durun.

5.Geyimini dəyiş

Çox adam bu məqama diqqət yetirmir. Amma dar, kip, qalın, bədənə yapışan geyimlər bu xəstələrdə qan dövranını pozur. Xüsusən qadınlar dar alt geyimi, corab, kolqotka, cins geyməməlidir. Rahat, gen, təbii parçalardan, bir qədər boş geyimlər seçin