Fransız salatı – 10 dəqiqəyə hazırla

  • 01 İyun, 2019
  • 8657 Baxış
Fransız salatı – 10 dəqiqəyə hazırla
Çox asan hazırlanan, az ərzaqlı, maraqlı salatı hər həftə düzəldə bilərsiniz.

Ərzaqlar:

Alma -2 ədəd
Bişmiş yumurta – 4 ədəd
Kök – 2ədəd
Holland pendiri – 100 qr
Mayonez

Medicina.az hazırlanmasını təqdim edir.

Almaların qabığını soyub, irigözlü sürtgəcdən keçirib, salat qabında birinci lay yayın.
Üzərinə irigözlü sürtəcdən keçirilmiş yumurta layı olur və mayonez çəkilir.

Üçüncü qata sürtgəcdən keçirilmiş bişmiş kök. 
Yenidən azca mayonez çəkilir.

Daha sorna sürtgəcdən keçirilmiş pendir layı yığılır. Bu qatlar iki dəfə təkrarlanır. Üst qata azca mayonez çəkib, göyərti səpmək olar.