Türk üsulu pomidor-yumurta necə hazırlanır? – MENEMEN RESEPTİ

  • 2019.04.24 11:57
  • 19194 Baxış
Türk üsulu pomidor-yumurta necə hazırlanır? –  MENEMEN RESEPTİ

Türk üsulu pomidor-yumurta hazırlamağın qaydasını bilirsiniz? 


Medicina.az menemen necə hazırlandığı barədə materialı təqdim edir. 


Tərkibi


3 ədəd pomidor


1 ədəd soğan 


2 diş sarımsaq 


1 çay qaşığı bibər tomatı


Duz


İstiot


Qırmızı bibər


Adi cirə


4 ədəd yumurta 


Hazırlanma qaydası


Pomidorları kvadrat şəklində doğrayıb, bir kənara qoyun. Tavaya maye yağ əlavə edib, soğanı qovurun. Qovrulan soğanın üstünə bibər pastasını və pomidorları əlavə edin. 5-10 dəqiqə bişəndən sonra qarışığın içinə istiot, qırmızı bibər və adi cirəni əlavə edin. Son olaraq sarımsağı və yaxşıca qarışdırılmış yumurtanı əlavə edin. Üzərinə duz atın. 


Süfrəyə təqdim etdikdə, zövqünüzə görə nana və yaxud reyhan da əlavə edə bilərsiniz.


Nuş olsun!