Aterosklerozun qarşısını almaq üçün vacib QAYDALAR

  • 2024.03.18 22:00
  • 852 Baxış
 Aterosklerozun qarşısını almaq üçün vacib  QAYDALAR
Yaş artdıqca ortaya çıxan ateroskleroz damarların sağlamlığını zədələyir, ürəyin və digər orqanların iş keyfiyyətinə zərər verir.

Sağlam olmayan qidalar istehlak edən insanlarda aterosklerozun daha sürətli irəlilədiyi sübut edilib. Qeyri-sağlam qidalanmanın infarkt, işemik insult, periferik arteriya xəstəliyi, demansiya, böyrək çatışmazlığı kimi ciddi nəticələri var.

Medicina.az xəbər verir ki, xəstəlik üzü görmədən, sağlam və uzun ömür sürmək istəyənlər mütləq aşağıdakı məsləhətlərə əməl etməlidirlər:

1.Gündə ən azı iki-üç litr su içməli, siqaretdən və stressdən uzaq durmalısınız.

2. Gündə ən az 7 saat yatmaq lazımdır.

3. Oturaq həyat tərzindən qaçmaq lazımdır. Ürək-damar sağlamlığını qorumaq üçün həftədə üç-dörd gün ən az 30 dəqiqə yüksək templi gəzinti, velosiped sürmə və ya üzgüçülük kimi aerobik məşqlər edilməlidir. Xroniki xəstəlikləri olan xəstələr müntəzəm idmandan əvvəl mütləq mütəxəssis məsləhəti almalıdırlar.

4. Əgər müntəzəm məşq etmək mümkün deyilsə, gündə ən azı on min addım atmaq lazımdır.

5. Aralıq dənizi pəhrizi ürək-damar sağlamlığı üçün əsasdır.

6. Təzə tərəvəz və meyvələrlə zəngin menyu təşkil edilməlidir.

7. Süd və süd məhsulları, xüsusilə az yağlı olanlar seçilməlidir.

8. Zülal istehlakı üçün mövsümi balıq və paxlalılara üstünlük verilməlidir.

9. Aralıq dənizi tipi pəhrizin əsasını təşkil edən zeytun yağının istehlakı tövsiyə edilir.

10. Həyat üçün zəruri olan karbohidratların istehlakına gəldikdə, qan şəkərinə mənfi təsirləri az olduğu üçün bütöv taxıl çörəyi, bulqur kimi kompleks karbohidratlar tövsiyə edilir.

11. Omeqa-3 və Omeqa- 6 ilə zəngin olan avokado və qoz ürək sağlamlığı üçün vacibdir.

12. Lifli qidalara üstünlük verilməlidir. Çünki onlar qan şəkəri balansını qoruyaraq, diabetin qarşısını alaraq və xolesterolu aşağı salaraq dolayı yolla ürək-damar xəstəlikləri riskini azaldır.

13. Gündəlik duz istehlakı gündə 2 q-dan az olmalıdır.

14. Qazlı və şəkərli içkilərdən, süfrə şəkəri ilə zəngin qidalardan uzaq durmaq lazımdır.

15. Gündəlik olaraq, 1 çay qaşığı kətan toxumu və 2 ədəd qoz qatıq və ya salatla qarışdırılaraq yeyilməlidir.

16. Quru paxlalılar həftədə 2 dəfə istehlak edilməli, gündə 2 porsiya tərəvəz, 2-3 porsiya meyvə qabığı ilə birgə yeyilməlidir.

17. Çayın ürək sağlamlığına heç bir mənfi təsiri hələ bildirilməyib. Onu ölçülü şəkildə içməyin heç bir zərəri yoxdur.

18. Həddindən artıq qəhvə içmək olmaz. Az miqdarda türk qəhvəsi və ya filtr qəhvə içmək olar.

19. Kolbasa, sosis kimi işlənmiş qırmızı ət məhsullarından mütləq şəkildə uzaq durmaq lazımdır.

20. Yumurta güclü bir zülal qaynağı olsa da, ürək sağlamlığı üçün həftədə iki və ya üç dəfədən çox istehlak edilməməlidir.

21. Turşular probiyotik mənbəyi olsa da, tərkibində çoxlu duz olduğu üçün istehlakı məhdudlaşdırılmalıdır.


Aysel