Alliance Clinic, Başkent Universiteti ilə əməkdaşlıq çərçivəsində xüsusi tibbi aksiya təşkil edib.
Medicina.az xəbər verir ki, Türkiyədən dəvət olunan tanınmış qulaq-burun-boğaz (QBB) mütəxəssisi, Prof. Dr. Levent Naci Özlüoğlu, hazırda Başkent Universitetinin QBB şöbəsində professor və şöbə müdirlərindən biri olaraq fəaliyyət göstərir. Aksiya çərçivəsində pasiyentlər üçün pulsuz LOR müayinəsi həyata keçirilib.
Müayinələr zamanı (qulaq-burun-boğaz xəstəlikləri, baş gicəllənmə və baş dönməsi uşaqlarda və böyüklərdə anadangəlmə və sonradan qazaniılan eşitmə zəifliyi kimi problemlər) Alliance Clinic-in baş həkimi, estetik LOR cərrahı Op. Dr. Jalə Eyvazova da iştirak edərək Prof. Dr. Levent Naci Özlüoğlu ilə birgə pasiyentlərin sağlamlıq problemlərini qiymətləndirib.
Alliance Clinic rəhbərliyi bildirib ki, gələcəkdə Türkiyədən və digər ölkələrdən ixtisaslı LOR həkimlərinin iştirakı ilə mütəmadi aksiyalar təşkil olunacaq.
Görüşlər, müayinələr və klinikanın tibbi xidmətləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün Alliance Clinic-in rəsmi
sosial şəbəkə hesablarını izləyin.