Nəvələrinə narkotikli dondurma verən baba həbs edilib.
“Medicina” xəbər verir ki, Ceyms Yokeley (Şimali Karolina, ABŞ) barədə polisə mesajla müraciət edib.
66 yaşlı kişinin iki kiçik nəvəsi “Dairy Queen” kafesində dondurma alıb və onun içində yad cisimlər tapıblar. Sonrakı araşdırma zamanı məlum olub ki, qızların dondurmasının tərkibində MDMA və kokain həbləri olub. Xoşbəxtlikdən qızlar dondurmadan az yeyiblər.
Polis kamera görüntüləri ilə (xüsusən də kafedə) işlədikdən sonra məlum olub ki, narkotik maddələri babanın özü dondurmaya qoyub.
İndi həbs olunan Ceymsə qida məhsullarını qadağan olunmuş maddələrlə zəhərləmək və uşaqlara qarşı zorakılıq ittihamı irəli sürülüb.
Aygün Musayeva