Almaniyanın Frankfurt Universitet Xəstəxanasının ginekologiya və mamalıq klinikasında şöbə müdiri vəzifəsində çalışan azərbaycanlı həkim, tibb elmləri doktoru, dosent Xəyal Qasımlı yüksək vəzifəyə təyinat alıb.
"Medicina" xəbər  verir ki, o, "Hospital zum Heiligen Geist" xəstəxanasının ginekologiya və mamalıq şöbəsinə baş həkim təyin olunub.
 
Xəyal Qasımlı  eyni zamanda, Frankfurt Universitet Xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirəcək.
medicina.az