Sentyabrın 4-də Abşeron Mərkəzi xəstəxanasında antibiotik vurulmasından sonra şoka düşərək vəfat edən Rəhimov Eltən Zülfi oğlunun ölüm səbəbi ilə bağlı TƏBİB sorğumuza cavab olaraq bildirib ki, 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) 04.09.2025-ci il tarixində saat 09:30 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
"Medicina" xəbər verir ki, məlumata görə, dəri və dərialtı yumşaq toxumanın dəqiqləşdirilməmiş yerli infeksiyası, dəqiqləşdirilməmiş hepatit virusu diaqnozu təyin edilən pasiyent dərialtı inyeksiya üçün Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Xəstəyə dərialtı inyeksiya üçün prob qoyulub. Prosedurdan sonra vətəndaşın vəziyyəti ağırlaşıb, ona zəruri tibbi xidmət göstərilib. Təxminən 2 saata yaxın Kardiopulmonar Reanimasiya (CPR) tədbirləri aparılıb, ürəyin fəaliyyəti bərpa olunub.
Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin aparılan tibbi yardımlara baxmayaraq, 05.09.2025-ci il tarixində saat 01:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih üçün aidiyyəti üzrə təhvil verilib.
Meyit patoloji-anatomik ekspertizaya göndərilib. Rəyin təxminən 1 həftə – 10 gün ərzində təqdim olunması gözlənilir. Ekspertiza nəticələri əsasında aidiyyəti tibb personalının fəaliyyətində nöqsanların olub-olmaması araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, mərhumun həyat yoldaşı antibiotik iynəsindən ölümə görə xəstəxananın həkimini ittiham edir.
Aygün Musayeva
Antibiotik qəti olaraq adı nəymiş? Oxşar həyacanlı hadisə bir neçə il öncə xəstəyə antibiotik iynəsi vurulandan sonra olmuşdu. Bu məqalədə pasiyente antibiotikin tam yeridilməsi xəbəri izlənmir.