Yeni araşdırmaya görə, orta yaş dövründə qan təzyiqini, qan şəkərini və xolesterin səviyyəsini nəzarətdə saxlamaq gələcəkdə demensiya riskini azaltmağa kömək edə bilər.
Medicina.az xəbər verir ki, bu üç göstəricinin normada saxlanılması beyin damarlarının sağlamlığını qoruyur və idrak funksiyalarının zəifləmə ehtimalını azaldır. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və vaxtaşırı tibbi müayinələr də demensiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Alimlər vurğulayırlar ki, demensiyanın qarşısını almaq üçün profilaktik tədbirlərə məhz orta yaşlardan başlamaq daha effektiv nəticə verir.
Xanım,
Medicina.az