Həkimlərin sizə təyin edə biləcəyi 4 təhlükəli dərman - Sağalmaq üçün içirsiniz, amma...

  • 2019.01.18 15:30
  • 15868 Baxış
Həkimlərin sizə təyin edə biləcəyi 4 təhlükəli dərman -  Sağalmaq üçün içirsiniz, amma...

Məlumdur ki, xəstəliklər dərmanlarla müalicə olunur. Amma bəzən qəbul edilən həblər xəstəni sağaltmaq əvəzinə, onun sağlamlığına zərər verir. Təbii ki, bu, həddi aşdıqda baş verir.


Medicina.az sizə bu preparatlardan 4-nü təqdim edir: 


Prednizon və ya kortizon


Bu tip dərmanlar böyrəküstü vəzin qabığında sintez olunan steroid hormonlarından ibarətdirlər. Xəstə bu dərmanları həkim göstərişi ilə qısa müddətdə qəbul etməlidir. Preparatın uzun müddətli qəbulu hormonlar sisteminin pozulması nəticəsində orqanizmin dağılmasına, hətta xəstənin ölümünə də səbəb ola bilər. 


Dərmanın uzun müddət qəbulu zamanı aşağıdakı hallar yaşana bilər:

 

• Natriumun orqanzimdə yığılması və kaliumun itirilməsi nəticəsində güclü şişkinlik 

• Qanın laxtalanması güclənərək tromb əmələ gətirəcək 

• Qan təzyiqinin yüksəlməsi

• Qlaukoma və katarakta 

• Əzələ zəifliyi 

• İmmunitetin aşağı düşməsi və yaraların uzun müddət sağalmaması 

• Osteoporoz və sümüklərin nekrozu 

• Psixoloji problemlər

• Orqanzimdə maye toplanması 

• Hiperqlokemiya 

• Qastrit və mədə xorasının yaranması 

• Daxili qanaxma 


Kumadin və ya Varfarin 


Bu preparat qanın laxtalanmasını azaltmaq üçün təyin edilir. Əsasən insult və ürək tutması riski yüksək olan xəstələrinə təyin edilir. Həddən çox istifadəsi qanaxmaya səbəb ola bilər. Buna görə də xəstələr bu dərmanları son dərəcə ehtiyatla qəbul etməlidirlər.  


Dərmanın uzun müddət qəbulu zamanı aşağıdakı hallar yaşana bilər: 


• Daxili qanaxma 

• Hematoma 

• Ətrafların nekrozu və qanqrenası 

• Osteoporoz

• Bənövşəyi barmaq sindromu


Metotreksat 


Xərçəng xəstələrinin kimyaterapiyası zamanı tətbiq edilən bu preparat bütün dünyada mübahisələrə səbəb olur. 


Bəzi xəstələr üçün o, kimyaterapiya zamanı həqiqətən də xilasedici rol oynayır. 


Amma preparatın bir mənfi xüsusiyyəti var. Kimyəvi maddə olan preparat yalnız xərçəng hüceyrələrini deyil, eləcə də sağlam hüceyrələri məhv edir.  


Dərmanın uzun müddət qəbulu zamanı aşağıdakı hallar yaşana bilər: 


• Sümük iliyinin zədələnməsi

• Xoralı stomatit, qinqivit, farinqit

• Ağciyər xəstəlikləri 

• Anemiya

• Xroniki yorğunluq, baş ağrıları, yuxululuq 

• Sistit və böyrəklərin funksiyasının pozulması 

• Bağırsaq qanaxlamaları 

• Dəri səpgiləri, piqmentasiyanın pozulması, akne 

• İmmunitetin zəifləməsi 


Fluoksetin


Bu preparat bütün dünyada depressiyanı yüngülləşdirən dərman kimi tətbiq edilir. 


Statistikaya görə, onu ən azı 12 milyon insan qəbul edir. Amma hər şey o qədər də sadə deyil.  Fluoksetin təkcə insanın depressiyasını aradan qaldırmır, o həm də asılılıq yaradır.  


Başqa sözlə, çox hallarda o, narkotik kimi təsir göstərərək beyində olan seratoninin səviyyəsini artırır. Buna görə də bu dərmanı həkim göstərişi olmadan qəbul etməyin. 


Arzu

Medicina.az