Böcəkləri evinizdən uzaqlaşdıran bitkilər- SİYAHI

  • 2019.07.25 12:40
  • 8246 Baxış
 Böcəkləri evinizdən uzaqlaşdıran bitkilər - SİYAHI
İsti mövsümlərdə böcəklər artır. Zərərli kimyəvi maddələr istifadə etmədən və təbiətin balansı ilə oynamadan həşaratlardan xilas olmaq istəyirsiniz. " Evdə böcəklər varsa nə edim?” kimi sullarla beyninizi yormayın. Medicina.az həll yolunu təqdim edir. Təbii bitkilərlə bu problemdən xilas ola bilərsiniz. Reyhan Uzaqlaşdırdığı zərərli canlılar: Ağcaqanadlar, otaq milçəyi  Havaların isinməsi ilə gecə və gündüz həşaratların dişləməsindən narahat oluruq. Narahat verən bu canlılardan qurtulmaq üçün reyhandan istifadə edib, rahat nəfəs ala bilərsiniz. Qoxusu sayəsində ağcaqanad və ev milçəyini evdən uzaq tutmaq mümkündür. Belə ki, otaqlarda, pəncərələrin önündə,eyvanda dibçəkdə reyhan saxlamağınız bu istiqamətdə köməyinizə dəyəcək. Hətda qaynar suyun içinə reyhan yarpağı atıb soyumasını gözləyin.daha sonra sprey qablaşdırmaya töküb istifadə edə bilərsiniz.

 

Lavanda
Uzaqlaşdırdığı zərərli canlılar: Güvə, ev milçəyi, ağcaqanad, birə Lavanda paltarları güvədən qorumaq üçün ən əlverişli vasitədir. Bu bitki milçək, birə və ağcaqanadları evdən qovur. Baxçanızın günəş düşən yerlərinə əkə bilərsiniz. Həmçinin dibçəklərdə yetişidirib evdə saxlamaq yaxşı üsuldur. Bu bitkinin ətri insanlara xoş gəlsə də həşəratlara əks təsir edir.
 

Allium
Uzaqlaşdırdığı zərərli canlılar: yarpaq biti, çılpaq ilbiz Baxçanızda və eyvanınızda bitkilərinizə zərər verən böcəklərdən xilas olmağın yolu alliumdur. Nəhəng soğan yəni allium  soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növüdür. Rozmarin Uzaqlaşdırdığı zərərli canlılar: səbzə böcəkləri, ev milçəyi,ağcaqanad Yeməklərə ləzzət vermək üçün istifadə edilən rozmarindən böcəklərdən qurtulmaq üçün əla vasitədir. Evdə olan milçək və ağcqanada qarşı yaxşı qorunma üsuludur. Bundan başqa  səbzələrdə olan zərərli böcəkləri də məhv edir. Roamzrini stəsəniz sprey kimi, istəsəniz də dibçəkdə əkilmiş formada istifadə edə bilərsiniz. Qurudulmuş rozmarini yarım saat suda qaynadın.soyuduqdan sonra evdə rahatlıqla istifadə edə bilərsiniz. Həmçinin aşıq havaya çıxazdan əvvəl bədəniziə də vura bilərsiniz.

 

Nanə
Uzaqlaşdırdığı zərərli canlılar: Ağcaqanad, qarışqa, siçan Qurudulmuş formada yeməklərdə, təzə halında içkilərdə istifadə edilir. Eyni zamanda böcəklərdən qorunma vasitəsidir. Qarışqa,siçan nanənin qoxusunu heç sevmir. Əgər dibçəklərdə evin girişində və istənilən birçox yerində yerləşdirsəniz rahatlıqla gəzə bilərsiniz..

 

Limon otu və ya melisa
Uzaqlaşdırdığı zərərli canlılar: Ağcaqanad, ev milçəyi
Evinizdə rahat-rahat oturmaq, istirahət etmək hərkəs istəyir. Lakin bəzən buna böcəklər, həşaratlar mane olur. Bunun üçün limon otunu evin istənilən yerində əkə bilərsiniz. Çünkü melisa, böcəkləri qovan  bitkilər sirasındandır.

 

 
Ayna Məmmədova
  Medicina.az