Şəxsi məşqçi tərəfindən idman etdirilən artıq çəkili bir kişinin inanılmaz dərəcədə dəyişməsi diqqət çəkib. Kişinin formada görünüşü hər kəsi təəccübləndirib.
Medicina.az xəbər verir ki, şəxsi məşqçi tərəfindən məşq etdirilən artıq çəkili bir tələbənin dəyişməsi diqqət çəkib. Aylarla davam edən məşqlərdən sonra ortaya çıxan görüntülər izləyiciləri heyrətləndirib.
Artıq çəkisi səbəbindən hərəkət etməkdə çətinlik çəkən kişi, müntəzəm məşqlərdən və intizamlı işdən sonra tamamilə dəyişib. Əvvəl və sonrakı görüntülər böyük təəccüb doğurub.
Şəxsi məşqçisi ilə intensiv işləyən kişinin xeyli çəki itirdiyi və formada olan bir bədən quruluşuna qovuşduğu qeyd edilib. Onun fiziki dəyişməsi tez bir zamanda böyük marağa səbəb olub.
Görüntülər ortaya çıxdıqdan sonra bir çox insan bu dəyişikliyə inanmaqda çətinlik çəkdi. Xüsusilə kişinin son görünüşü böyük heyranlıqla qarşılandı.
Aygün
Medicina.az