Qusma, ishal... - Uşaqlar arasında yeni virus yayılıb?

  • 2026.05.14 22:16
  • 218 Baxış
Qusma, ishal... -  Uşaqlar arasında yeni virus yayılıb?

Son zamanlar uşaqlar arasında sanki virus yayılıb. Valideynlər uşaqların öskürək, qarın ağrısı, iştahasızlıq kimi hallarından şikayətlənirlər.

Bununla bağlı pediatr Aytən İsmayılzadə valideynlərə xəbərdarlıq edib.



O, qeyd edib ki, uşaqlar arasında yeni virus yayılmayıb:

"Təzə virus yayılmayıb. Panikaya düşmək lazım deyil. Elə həmişə olan rotavirus, norovirus, mədə-bağırsaq viruslarıdır".
Həkim əlavə edib ki, qusma, qaytarması olan uşağa zorla yemək verməyə çalışmayın. Yenə qaytaracaq:

"Qusma, ishal olan uşaq bunları yeyə bilər: Banan, kartof, düyü, qreçka, armud, sport peçenye.
Uşaq yemirsə, buraxın ac qalsın. Mədə boş qalsın yəni. Divarları virus ilə zədələnmiş mədə -bağırsaq həzm edə bilmir. İlk növbədə aclıq olmalıdır.

Sonra isə 5 gün ən azı pəhriz saxlasın. Heç nə yemirdi sosiska verdim, olmaz!

Turş meyvələr, qatıq, şor, bulyon, ət, yumurta olmaz. Bunları yesə qaytaracaq ya da ürəkbulanma, qarınağrı davam edəcək".

Pediatr əlavə edib ki, ishal üçün uşaqlara immodium verməyin:

"Lineks, enterol, bifi forte, bifilak.. İstənilən probiotik özbaşına da verə bilərsiz. Tetrasiklin, levomisetin vermək olmaz. İshal düzəlsə də qarın ağrı davam edə bilər. Bu sizi qorxutmasın. Pəhrizə davam edin. Bir həftə içində keçəcək.

Virusun qarşısını almaq üçün sistem köçürülməz. Əlamətlər baş verəndə yəni qusma-ishal çox olarsa etmək lazımdır. Tənəffüs yolları virus xəstəliyində burun axması, öskürək olduğu kimi mədə-bağırsaq virus xəstəliyində də qusma ishal olur. Normaldır.

Maye istəyən uşağa suyu az-az tez-tez verin. Mədə dolduğunu hiss etsə rahatlama üçün onu bayıra atacaq. Az içilən maye isə ağızdan da sorula bilir".

Aygün
Medicina.az