14 yaşlı oğlanı maşınla vurub öldürdü - FOTO

  • 2026.05.15 11:17
  • 102 Baxış
14 yaşlı oğlanı maşınla vurub öldürdü -  FOTO

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Hindarx qəsəbəsi ərazisində Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyev idarə etdiyi “VAZ 2107” ilə 2012-ci il təvəllüdlü Röyal Hürbət oğlu İbrahimovu vurub.

Ağır xəsarətlər alan məktəbli hadisə yerində həyatını itirib.

Bildirilib ki, fiziki məhdudiyyətli olan Hafiz evdə təhsil alırmış.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.