35 Viagra həbi içən kişidə nə baş verdi?

  • 2026.04.21 22:56
  • 111 Baxış
35 Viagra həbi içən kişidə nə baş verdi?

İngiltərənin kiçik Viternsi şəhərindən olan 36 yaşlı suvaqçı Daniel Medfort bir saat ərzində 35 Viagra həbini udub.


Medicina.az xəbər verir ki, Britaniyanın The Sun qəzetinin məlumatına görə, bundan sonra o, davamlı beş günlük ereksiyaya sahib oldu və xəstəxanaya yerləşdirildi.

2 gün ərzində spirtli içki qəbul etdikdən sonra, iki uşaq atası olan evli Daniel, özünün dediyi kimi, "əylənmək üçün" iktidarsızlıq dərmanı qəbul etmək qərarına gəldi. Dostlarının bu hərəkətdən nə qədər təsirləndiyi bəlli deyil, lakin onun "qəhrəmanlıq hərəkətindən" sonra aparıldığı klinikadakı tibb işçiləri bundan şoka düşdülər.

"Həkimlər peşəkar idilər, amma mən onların gülməmək üçün mübarizə apardıqlarını gördüm” – deyə Medfort xatırlayır.


Yüksək risk qrupuna daxil olan xəstə təxminən 36 saat xəstəxanada saxlanıldı. Güclü ereksiya ilə yanaşı, başgicəllənmə, ürəkbulanma və halüsinasiyalardan da əziyyət çəkirdi: "Ətrafımda hər şey yaşıl görünürdü və ereksiyam yox olmurdu."

Xəstəxanadan çıxdıqdan sonra Daniel daha bir neçə gün yataqda qaldı. O dedi: "Ereksiya o beş gün ərzində sabit deyildi, nəyəsə toxunduğum zaman "canlanırdı", amma mən bundan heç də məmnun deyildim. Xoşbəxtlikdən, həyat yoldaşım məni bağışladı. Və mən nə qədər, çox şanslı olduğumu başa düşürəm."

Aygün Musayeva