Anar Bayramov daha iki nəfəri işdən çıxardı

  • 2026.04.22 16:36
  • 801 Baxış
Anar Bayramov daha iki nəfəri  işdən çıxardı

TƏBİB-in daha iki vəzifəli şəxsi işdən kənarlaşdırılıb.

Medicina.az Lent.az-a istinadla xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar.

Məlumata görə, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.