Türkiyədə atanın əqli qüsurlu uşağını döyməsi sosial mediada qəzəbə səbəb olub.
Medicina.az xəbər verir ki, Kocaelinin Kartepe rayonunda Fatih Sultan Mehmet məhəlləsindəkibir mağazada atanın uşağını döydüyünü göstərən görüntülərin sosial mediada paylaşılmasından sonra polis qrupları araşdırma başladıb. Araşdırma zamanı görüntülərdə döyülən uşağın xüsusi qayğıya ehtiyacı olan 12 yaşlı H.K., şübhəlinin isə ata A.K. (46) olduğu müəyyən edilib.
Polis tərəfindən nəzarətə alınan A.K., polis bölməsindəki izahatı başa çatdıqdan sonra məhkəmə orqanlarına göndərilib. Şübhəli məhkəmə tərəfindən məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Ailə və Sosial Xidmətlər Vilayət Müdirliyinin hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.
Aygün
Medicina.az