Qalaktikada "Super Yer" tapıldı

  • 2025.10.24 15:54
  • 74 Baxış
Qalaktikada "Super Yer" tapıldı


Pensilvaniya Universitetinin astronomları nisbətən yaxın ulduz sistemində "Super Yer" aşkarlayıblar.



"Medicina" xəbər verir ki, o Yerdən 20 işıq ili uzaqlıqdadır. Tədqiqatçıların bildirdiyinə görə, planet Yerə çox bənzəyir və onun səthində su ola bilər.

Bu kəşf alimlərin ulduzu müşahidə etməyə 20 il sərf etmələrindən sonra edilib. Lakin hələ ki planeti daha ətraflı öyrənmək mümkün deyil.