Dabanda ağrı varsa...Səbəbi və müalicəsi

  • 2017.10.11 12:47
  • 75055 Baxış
Dabanda ağrı varsa... Səbəbi və müalicəsi
Dabanda ağrılar dabanın altında olan lifli toxumanın iltihablaşması nəticəsində baş verir. Xəstəliyə nəyin səbəb olduğu bəlli deyil, amma bəzi tibbi ədəbiyyatlarda ayağa uyuşmayan ayaqqabı səbəbindən baş verdiyi yazılır.

 

Medicina.az immunitet.az-a istinadən xəbər verir ki, xəstəlik dabanın iç nahiyyəsində siddətli ağrı ilə özünü biruzə verir. Ağrı ən çox səhərlər xəstə yerindən durub ayağını yerə basdığı zaman baş verir. Ağrının şiddətindən gəzmək çox çətin olur, xəstə ayağını yerə basanda sıxılaraq qalır. Gəzdikcə ağrılar azalmağa başlayır, sonra itir. Ağrılar xəstə oturub durmaq istədiyi zaman yenidən başlayır.


Daban ağrısının müalicəsi iltihablaşmış toxumanı basmamaqdır. Bunun üçün ayaqqabının daban hissəsinə pambıq tampon qoymaq lazımdır. Bu kömək eləməsə xəstəyə 4-5 sm hündürdabanlı ayaqqabı geymək tövsiyə olunur. Ümumuyyətlə dabanı ağrayan xəstələrə dabansız ayaqqabı geymək olmaz.


Dabanda iltihablaşmanı azaltmaq üçün ağrayan nahiyyəyə buz qoymaq məsləhət görülür. Həkimə müraciət etmək daha məqsədəuyğundur. Daban ağrısının müalicə olunması üçün, həkim xəstəyə iltihab əleyhinə preparatlar təyin edir. Xəstəyə yataqdan qalxmamışdan əvvəl ayaqlarını əvvəlcə yuxarıdan aşağıya doğru, sonra isə soldan sağa doğru hərəkət etdirmək tövsiyə olunur.


Daban ağrısının müalicəsində fizioterapevtik müalicə üsullarından istifadə edilir. Lazım gələrsə həkim kortikosteroid müalicəsi təyin edə bilər