Türkiyədə 102 yaşı tamam olan Hüseyn Aydoğan ad günündə sağlam qalmasının sirrini paylaşıb.
Medicina.az xəbər verir ki, Boğazcık Məhəlləsində yaşayan Aydoğanın övladları və nəvələri tərəfindən sürpriz ad günü şənliyi təşkil edilib.
Aydoğan məhəllə sakinlərinin də qatıldığı şənlikdə onun üçün hazırlanmış tortun üzərindəki şamı söndürüb.
Təxminən 30 il əvvəl həyat yoldaşı, 4 övladı və 11 nəvəsi olan Hüseyn Aydoğan jurnalistlərə verdiyi açıqlamada ad onu tək qoymayan övladlarına, nəvələrinə və qonşularına təşəkkür etdiyini bildirib.
Səhhətinin çox yaxşı olduğunu deyən Aydoğan, "Allaha şükür, heç bir şikayətim yoxdur, sağlamlığım gənclik kimi davam edir. Kiçik yaşlarımdan bəri hər şeyi özüm edirəm. İki qızım və iki oğlum var. 11 nəvəm var. Nəvələrimin 12 uşağı var" dedi.
Hüseyn Aydoğanın 68 yaşlı qızı Ülkər Aydın Aydoğan isə deyib: "Atamın 102 yaşına çatmasına çox sevinirik; sağlamlığı çox yaxşıdır. Az yeyir, amma tez-tez yedizdirilir. Biz həmişə ona kömək edirik. Allah onu uzun müddət bizimlə saxlasın".
Aygün Musayeva