İslandiyada inflyasiya uzun müddətdir demək olar ki, toxunulmaz hesab edilən yerli hot-doqlara çatıb.
Medicina.az xəbər verir ki, qidanın onsuz da baha olduğu bir ölkə üçün hot-doqlar illərdir ən əlverişli və əlçatan olaraq qalırdı.
Bu gün Reykyavik ərazisində standart hot-doq təxminən 750 İslandiya kronu və ya təxminən altı dollara başa gəlir. Ən məşhur hot-doq mağazalarında qiymət artıq 880 krona - 7dollardan çoxa yüksəlib.
Bu, yerli sakinlər üçün həssas bir məsələdir. İslandiyada hot-doqlar sadəcə küçə yeməyi deyil, həm də demək olar ki, hər kəs - yeniyetmələr, təqaüdçülər, turistlər və varlı şəhər sakinləri tərəfindən yeyilən milli yeməkdir.
Kafe sahibləri qiymət artımlarını inflyasiya, artan inqrediyent qiymətləri ilə əlaqələndirirlər.
Bu arada, islandlıların özləri də uşaqlıqda cəmi 350 krona hot-doq və qazlı içki ala bildiklərini xatırlayır.
Lakin ölkənin bundan imtina etmək planı yoxdur. Qiymətlə bağlı şikayətlər artsa da, hot-doqlar İslandiyada ən çox yayılmış, tez hazırlanan və əlverişli qəlyanaltı olaraq qalır.
Aygün Musayeva